18 февр. 2013 г.

Başqa kollektivləşdirmə

Kəndlilər özləri kollektiv təsərrüfatın üstünlüklərinə əmin oldular və daha effektiv kooperativlər xeyrinə dərk edilmiş seçim etdilər.

Burjuaziya təbliğatından onilliklər sonra kənd kollektivləşdirməsi çoxlarında aclıq, terror, kəndli üsyanları, qida məhsullarının daimi defisiti, qeyri-effek təsərrüfat fəaliyyəti ilə əlaqələnir. Şübhəsiz, SSRİ-də kollektivləşdirmənin pis təcrübəsi bizim opponentlərimizə zəngin faktiki material verdi. Amma yaxınlaşan müharibə astanasında kollektivləşdirmənin sürətlə aparıldığı geridə qalmış ölkənin təcrübəsini nümunə hesab etmək olarmı?

Bəs kollektivləşdirmə Şərqi Avropanın daha inkişaf etmiş ölkələrində necə gedirdi? Niyə ADR-də aclıq və Macarıstanda kəndli qiyamları haqqında heç nə danışılmır? Axı orada da kənd təsərrüfatı kollektivləşdirilmişdi. KİV bu vasvası mövzunun üzərindən keçməyə üstünlük verir, və buna görə bizə bu boşluğu doldurmalı olacıq.

"Torpaq onu becərənə məxsusdur"

1945-ci ildə Macarıstanda latifundiyaçılara aid torpaqların kiçik kəndli təsərrüfatları arasında bölüşdürülməsinə əsaslanan aqrar islahat keçirilmişdi. Kollektivləşdirmə üç il sonra, 1948-ci ildə başlandı.

Macarıstanda torpağın ictimailəşdirilməsi sovet nümunəsi üzrə aparılırdı. SSRİ-də olduğu kimi kəndlilərə üç birləşmə forması təklif edilmişdi:

1. Kənd təsərrüfatı yoldaşlıqları, hansıların ki, üzvləri sahə işlərlərinin yalnız ayrı-ayrı növlərini birgə yerinə yetirirdilər – şumlamanı, səpini, torpağın gübrələnməsini. Torpaq üzərində xüsusi mülkiyyət, işçi mal-qara və əmək alətləri saxlanırdı. Ümumi xərcləri ödəmək üçün lazımı məbləğin çıxılmasından sonra kəndlilər məhsulu kooperativlərə fərdi olaraq götürürdülər və vergi ödəyirdilər.

2.Torpaq və bütün istehsal alətləri üzərində xüsusi mülkiyyəti saxlanılmaqla, üzvləri bütün kənd təsərrüfatı işlərini birgə aparan kooperativlər. İş həcmi və hər bir təsərrüfat üzvünün maaşı kənli kooperativə qoşularkən malik olduğu torpaq sahəsinin ölçüsünə uyğun idi.

3. Üzvlərinin bütün əsas istehsal vasitələri ictimailəşdirilmiş Kənd təsərrüfatı kooperativləri. Kooperativ üzvləri bütün tip işləri birgə yerinə yetirirdilər və torpaqdan müştərək istifadə edirdilər, amma torpaq sahəsinə daxil edilmiş xüsusi mülkiyyət rəsmi olaraq saxlanırdı. SSRİ-də olduğu kimi, belə kooperativin təxminən 80% gəliri əmək günləri üzrə bölünürdü. Yerdə qalmış pay torpaq rentası formasında sahibkar tərəfindən kooperativə təqdim edilmiş torpağın miqdarına əsasən bölüşdürülürdü.


Kəndlilərə verilmiş texnikaya nəzarəti MTT (Madii-Texniki Təchizat) mütəxəssislər həyata keçirirdilər. Kadrların hazırlanması üçün 1949-cu ilin yayında 250 dinləyicidən və istehsal kooperativləri rəhbərləri üçün xüsusi kurslardan ibarət kənd təsərrüfatı akademiyası yaradılmışdı. Macar Xalq Respublikasının öz analoji sovet təsərrüfatı-dövlət təsərrüfatları da var idi.

1949-cu ilin sonuna Macarıstanda üç tipdə 5110 kooperativi yaradılmışdı. Birinci il ərzində çörək bitkiləri məhsulu üzrə kollektivləşdirmələr 1948-ci ilin göstəricilərindən 9,2% yüksək oldu, dövlət təsərrüfatlarının və MTT-nin traktor parkl 4468 maşında artdı. Suvarılan torpaq sahəsi 19,7% genişləndi.

Uğurdur? Təəssüf ki, hələ yox. Bu mərhələdə, Macarıstan 1930-cu illərdə sovet hökumətinin aqrar siyasətdə etdiyi səhvlərin təkrarına yaxın idi. Kənddə partiya kursunun kəskinləşməsi səbəbləri oxşar idi – çətin beynəlxalq vəziyyət. Koreya müharibəsi və Qərbin təcavüzkar hərəkəti nəticəsində "Dəmir pərdə" qurulması macar hökumətini ölkənin gücləndirilmiş sənayeləşdirilməsinə başlamağa məcbur etdi. Sovet İttifaqında olduğu kimi, modernizasiya üzrə xərcləri kəndli ödəməli idi. Matyaşa Rakoşi hökuməti kişiləri kooperativlərə qovaraq kəndlilərə təzyiq göstərirdi. 1952-ci ilə kənd təsərrüfatı yerlərinin dörddə biri və kəndli ailələrinin beşdən biri (sovet ölçüləri ilə çox deyil) çox yox çox) rəsmən istehsal kooperativlərinə daxil idi. Kooperatorlar məcburi şəkildə dövləti ucuz qiymətlər üzrə ərzaqla təchiz etməli idilər, bu da təbii ki, kəndlilərin narazılığını artırırdı. Kəndlilər yeni sahələri becərməkdən imtina etməyə başladılar. 1953-cü il yazına Macarıstanda 10%-dən çox becərilməyən əkin sahəsi qaldı.


Stalinin ölümündən və Avropada gərginliyin azalmasının başlanmasından sonra macar hakimiyyəti "səhvlərin üzərində düzəliş işini" həyata keçirə bildi. Təxminən 2000 məcburi yaradılmış və ya "kağız" kooperativlər buraxıldı. Həmçinin kənd təsərrüfatı məhsullarının alış qiymətləri artırıldı, bu da kənddə partiyanın nüfuzunun artmasına imkan yaratdı, amma şəhərlərdə narazılıq doğurdu.


Kollektivləşdirmənin ikinci mərhələsi



1956-cı il qiyamı Macar Xalq Respublikasının aqrar islahatı üçün əhəmiyyətli test oldu. Ölkə əhalisinin 50%-dən çoxunun yaşadığı Macar kəndi, qiyam edən şəhərləri dəstəkləmədi. Sovet əsgərləri qeyd edirdilər ki, Budapeştə gedən yol boyunca kəndlilər şərab və meyvə təklif edərək "işğalçıları" olduqca gülər üzlə qarşılayırdılar.

Yanoş Kadarnın yeni hökuməti kəndlilərin mövqeyindən lazımi nəticələr çıxartdı. Əgər Polşada 1956-cı il qarşıdurmaları kollektivləşdirmənin və xırda xüsusi mülkiyyətçilik təsərrüfatlarının konservasiyasının dayandırılmasına gətirib çıxardısa, Macarıstanda kənddə islahatlar siyasətini davam etdirməyə qərar verildi.

1959-60-cı illərdə, macar kənd təsərrüfatı kooperativlərinin üzvlərinin sayı 380 min insan artdı. 1960-cı ilə ölkənin 56% əkin sahəsi kollektiv təsərrüfatlara aid idi, hər kooperativin əkin sahəsinin orta ölçüsü isə 1958-ci ildə 438 hold-dan 1960-cı ildə 1463 hold-a qədər artdı. (Hold – macar ölşü vahidi, təqribən 0,5 hektar)


Tənqidçilər deyə bilərlər ki, 50-ci illərin əvvəllərində olduğu kimi kəndliləri "moskal" tapançası altında və onların "cuhud" qulluqçuları kooperativlərə qovurdular. Bu həqiqətə uyğun deyil. Sadəcə 1960-cı ildə kooperativlərdə taxıl bitkilərinin məhsuldarlığı fərdi kəndli təsərrüfatlarındakından 20-30% yuxarı idi, cərgəarası şumlanan bitkilərdən isə 10- 15%.

Dövlət təsərrüfatlarında (1960-cı ildə onların sayı 333-ə çatmışdı) məhsuldarlıq daha yuxarı idi. Orada kənd təsərrüfatı üzrə 40 min ən yaxşı mütəxəssis çalışırd, hansıların ki, təcrübəsi daha sonra kooperativlərə ötürülürdü. Birinci dərəcəli texniki avadanlıqla təchizat sayəsində, dövlət təsərrüfatlarında maşınlar başqa təsərrüfat tiplərindən 3-4 dəfə daha çox iş yerinə yetirirdi.

Yaranmış vəziyyətdə özəl sektor sosialist kənd təsərrüfatıyla rəqabətdə uduzurdu.


1961-ci ildə Macarıstanda kənd təsərrüfatının kollektivləşdirilməsi başa çatdı. İstehsalat kooperativlərinə daha 340 min kəndli daxil oldu. Kooperativlər ölkədə bütün əkin sahəsinin 76% -nə malik idi. Y. Çekrıjov yazdığı kimi: "kooperativləşdirilmənin üçüncü mərhələsində istehsal kooperativlərinə daxil olmaq və ya olmamaq haqda məsələ bir qayda olaraq artıq müzakirə edilmirdi. Söhbət əsasən kooperativlərdə iş və əmək haqqı şərtləri,rəhbərlik edən orqanların və hər şeydən əvvəl idarə sədrləriin seçilməsi, torpağın icarə haqqı, kənd təsərrüfatı inventarının, mal-qaranın və başqa əmlakın ictimailəşdirilməsinin nizamlanması və miqyası, pensiya təminatı, ailə üzvlərinin işə düzəltməsi və s. haqqında gedirdi."

Kənd təsərrüfatının sənayeləşdirilməsi nəticəsində, 60- 90-cı illərdə Macarıstanın aqrar sektorunun artım sürəti dünya üzrə ən yüksək yerlərdən birini tuturdu. Ölkənin kənd təsərrüfatı məhsulunun həcmi ikiqat artmışdı, Macarıstan kənd təsərrüfatı xammalının və qida məhsullarının böyük eksportçusu olmuşdu. Torpaqların şumlanmasına görə o Avropada təkcə Danimarkadan geridə qalırdı. Macarıstan quşu, konservləri, meyvələri SSRİ-də də məşhur idi.


SSRİ-də olduğu kimi, macar kəndliləri də kənddən şəhərə köçürdülər, amma buna səbəblə ağır həyat şəraiti deyildi, kənd təsərrüfatının artan mexanikləşdirilməsi idi. Torpağın təmizlənməsi, becərilməsi və əkinə qulluq tamamilə mexanikləşdirilmişdi, məhsul yığımının 93%-i maşınla həyata keçirilirdi. Bu digər sahələrdə iş üçün yarım milyondan çox insan azad etməyə icazə verdi.

Kədərli final

Bazar islahatları Avropanın yarısını yedizdirən Macarıstanın çiçəklənən kənd təsərrüfatına son qoydu. Kooperativ və dövlət torpaqlarının bir hissəsi keçmiş latifundiyaçıların varislərini əllərinə keçdi. Böyük təsərrüfatlar parçalandı. Bu gün macar təsərrüfatlarının cəmi 2,4 %-i 10 ha-dan çox sahəyə malikdir. Macarıstan idxal olunan kənd təsərrüfatı məhsulları üçün öz bazarını açmalı idi, hansı ki, öz növbəsində rüsumlarla və dotasiyalarla qorunmuşdu. Kənd təsərrüfatı məhsullarının satışına qoyulmuş qiymətləri aşağı düşdü, idxal olunan texnika isə kəndlilər üçün əlçatmaz oldu. 1992-ci ildə Macarıstanın kənd təsərrüfatı istehsalı 15-20% aşağı düşdü. Taxıl bitkilərinin məhsuldarlığı 30% azaldı. Yem çatışmazlığından mal-qaranın ümumi miqdarı iki dəfə azaldı. Macarıstan respublikası tədricən ət ixracatçısından onun idxalatçısına çevrildi.

Beynəlxalq FAO agentliyinin məlumatlarına əsasən, 1992-2004-cü illər ərzində Macarıstanda kənd təsərrüfatı üzrə adambaşına istehsal edilən gəlir, 1980-1991-ci il dövründə olduğundan 1,2 dəfə az idi. Yaxın vaxtlara qədər 20 % ÜDM verən kəndtəsərrüfatı istehsalı, indi maksimum 5% verir.


Epiloq

Yekunda qeyd edək ki, Macarıstandakı kollektivləşdirmə ilə SSRİ-də olan kollektivləşdirmə arasında fərqlər güman edildiyindən daha azdır. Hər iki halda kəndlilərə üç kooperativ tipi arasında seçim etmək təklif edilmişdi; dövlət fermaları (sovet təsərrüfatı-dövlət təsərrüfatları) öz təcrübələrini kollektiv təsərrüfatlarla bölüşməli olan nümunəvi təsərrüfat idi; kadrların hazırlanması və kəndlilərin texnikayla təminatı məqsədilə mərkəzləşdirilmiş sistem yaradılmışdı.

Əsas fərq onda idi ki, əgər SSRİ-də kollektivləşdirilmə beşillik müddətində başa çatmışdısa, Macarıstanda kənd təsərrüfatının ictimailəşdirilməsi üçün on ildən çox zaman lazım oldu. 1953-cü ildə, sürətləndirilmiş sənayeləşdirmədən imtinadan sonra, dövlət kəndlərin üzərinə qoyulmuş vergi yükünü yüngülləşdirə və kənd məhsulunun alış qiymətini yüksəldə bildi. Tədricən, illər keçdikcə, kəndlilər özləri kollektiv təsərrüfatın üstünlüklərinə əmin ola və daha effektiv kooperativlər xeyrinə dərk edilmiş seçim edə bildilər.

Artyom Kirpiçenok

Комментариев нет:

Отправить комментарий