19 февр. 2013 г.

Qloballaşma,Ümumdünya Ticarət Təşkilatı və demokratiyanın sonu



Qloballaşma,Ümumdünya Ticarət Təşkilatı və demokratiyanın sonu

Maykl Parenti “Seçilmişlər üçün demokratiya” ( bir hissə)


Dünya biznes elitasının və onlara müxtəlif dövlətlərdə sədaqətlə xidmət göstərənlərin bu yaxınlarda keçirdikləri tədbirlərdə “Azad ticarət haqqında” Şimali Amerika razılaşması (NAFTA) və 1993-cü ildə Uruqvayda qəbul olunmuş Tariflər və ticarətlə bağlı əsas razılaşma (GATT) diqqəti cəlb edir. İctimaiyyətə bildirdilər ki, NAFTA və GATT hamını təngə gətirmiş tənzimləyici qanunvericiliyin ləğvinə çalışır. O,milli iqtisadiyyatı qlobal ticarət sistemi ilə birləşdirməyə,daha çox iş yerlərinin açılmasına və çiçəklənməyə nail olmaq istəyir.

Transmilli korporasiyalarin məqsədi həqiqi transmilli korporasiyaya çevrilmək,təşkilata üzv olan dövlətlərdə hakimiyyətə nəzarət etməkdir. Təşkilata üzv olan müstəqil dövlətlərin onların maraqlarına xidmət etməsi başlıca şərtdir. Aşağıda göstərilən “Colgate Palmolive Company” şirkətinin maliyyə məsələləri üzrə vitse-prezidentinin dediyi sözləri hər bir transmilli şirkətin nümayəndəsi də deyə bilər: “ABŞ bizim (bizim korporasuyaların) resurslar üzərində şərtsiz nəzarət hüququna sahib deyil. Bu ölkəni digərlərindən xüsusi şəkildə ayırmaq üçün heç bir əsas yoxdur”.

NAFTA və GATT kimi təşkilatların fəaliyyəti bu fikrin daha da aydınlaşmasına imkan verir.Böyük transmilli şirkətlər bu sazişlərə üzv olan dövlətlərin müstəqilliyinin üstünü qara bulud kimi almışdır. GATT razılaşması Ümumdünya Ticarət Təşkilatının yaranmasının əsasını qoymuşdur. Bu beynəlxalq təşkilatda 120-dən çox ölkə təmsil olunur. ÜTT-nin transmilli şirkətlərinini bazar və investisiya maraqlarına cavab verməyən istənilən qanunu istənilən ölkədə ləğv etmək hüququ vardır. ÜTT iqtisadi məsələlərlə bağlı ekspert qrupu yaradır. Bu qrupun tərkibində olan “üç ticarət eksperti” özünü hakim kimi aparır. ÜTT özünü xalq hakimiyyətndən üstün bilərək, xalqları uzaqdan idarə etməklə beynəlxalq maliyyə kapitalına mükəmməl şərait yaradır. Bu proses “qloballaşma” adlanır. O,hər kəs üçün sərfəli,inkişafın təbii, qaçılmaz variantı kimi təqdim olunur.

Heç kim tyərəfindən seçilməyən, korporasiya dünyasından olan bu qrupun üzvləri gizli şəkildə görüşürlər. Onlar ekspert qərarının əsas hissəsi sayılan səhm paketinə sahibdirlər. Onların fəaliyyətini yeganə məhdudlaşdıran qayda maraqların toqquşmasına yol verməməkdir.Bu qrupun əsas vəzifəsi transmilli şirkətlərə ağlına gələni etməyə imkan verən şərait yaratmaqdır. Amma bu şəraitin ölkə rəhbərliyi tərəfindən nizama salınmasına və məhdudlaşdırılmasına imkan verməmək lazımdır. GATT –ın 50 səhifəlik qanunlarında özəl biznesə qarşı heç bir qadağa və ya məhdudiyyət yoxdur. Bütün qanunlar bu təşkilatın iştirakçısı olan dövlətlərə qarşı yönəlib. Sənədi imzalayan dövlət gömrük vergisini azaltmalı,kənd təsərrüfatına maddi yardımı dayandırmalı,xarici şirkətlərə milli şirkətlər yanaşmalı, şirkətlərin patentlərini qorumalı və ÜTT –nin bürokratik elitasının qərarlarına tabe olmalıdır. Hər hansı bir dövlət qanunları dəyişən kimi, həmin ölkəyə ticarət və beynəlxalq sanksiya tətbiq edilir.

Ali qlobal münsif kimi özünü aparan ÜTT “azad ticarətə əngəl” hesab etdiyi qanunlara qarşı qərar qəbul edir. Təşkilat Yaponiyanı idxal etdiyi qida məhsullarında pestisidlərin yüksək olduğunu qəbul etməyə məcbur etdi. Qvatemalanı uşaq yeməkləri ilə bağlı səhv reklamın yayımlanmasının qarşısını almağa qoymadı. O, bəzi ölkələrdə asbestdən istifadəyə qadağanın,yanacağa qənaət tələb edən standartların aradan qaldırılmasına nail oldu. ÜTT dəniz florası və faunasının qorunması ilə bağlı və nəsli kəsilməkdə olan bioloji tərkibli məhsulların satışını qadağan edən qanunları da ləğv etdirdi. Avropa Birliyi hormonlarla şişirdilmiş mal ətinin ABŞ-dan idxalına qadağa qoydu. Bunu bütün Avropa xalqları dəstəklədi, amma ÜTT-nin ekspertləri bunun ticarətə qarşı qanunsuzluq olduğunu bildirdilər. Mal əti ilə əlaqədar qərar digər sağlamlıq normalarının qorunmasına təhlükə yaratdı. ÜTT benzinə bəzi əlavələrin edilməsinə qadağa qoyan ABŞ-da “Təmiz hava haqqında” qanunu ləğv etdi. Səbəb kimi bu qanunun ABŞ-a digər ölkələrin neftemaledici müəssisələrindən benzin idxalına maneçiliyi göstərildi. ÜTT həm də nəsli tükənməkdə olan quşların və məməlilərin qorunmasına dair qanunun ləğvinə də nail oldu. Bu qanun krevet idxalını qadağan edirdi. Çünki, onların ovlanması zamanı dəniz tısbağaları məhv edilirdi.

“Azad” ticarət - ədalətli ticarət demək deyil. O, güclü dövlətlər üçün sərfəlidir. Bütün bunlar zəif dövlətlərin və bizim əldə edə biləcəyimiz demokratik bərabərliyi əlimizdən almağa hesablanıb. Qloballaşma XX əsrdəki islahatlara yenidən qayıtmaq deməkdir. Yəni zərərli məhsulları boykot, uşaq əməyini qadağan etmək olmaz. Bununla bərabər, yaşamaq üçün zəruri olan minimum vəsaitə, digər sosial ödəmələrə, dövlət xidmətinə, əməyin və sağlamlığın mühafizəsinə zəmanət məsələləri aradan götürülür.

GATT transmilli şirkətlərin yerli fərdiyyətçiləri, kənd təsərrüfatı icmaları üzərində monopoliyasına şərait yaradır. Demək, özəl müəssisələr arasında sağlam rəqabət olmayacaq, əməyin mühafizəsinə və sağlamlığın qorunmasına korporasiyalar heç bir xərc çəkməyəcəklər. Beləliklə, kapitalist kənd təsərrüfatı korporasiyaları yerli şuranın şəxsi iqtisadiyyatına daxil olub onun sərvətlərini idarə edə bilər. Ralf Nader (Hindistan) “Meliya” adlı kənd təsərrüfatı bitkisini misal göstərir. Bu ağac uzun illərdən bəri Hindistanda yetişdirilib. Tərkibində təbii müalicəvi əhəmiyyətli maddələr var. Son zamanlar isə bu bitkiyə müxtəlif xarici əczaçı şirkətlərin gözü düşüb. Dərhal bu şirkətlər bitki üzərində özlərinin mülkiyyət hüquqlarını qeydiyyatdan keçirdilər. Bu da hindli fermerlər tərəfindən böyük etiraza səbə oldu. ÜTT-nin qaydaları ilə fəaliyyət göstərən əczaçı şirkətlər Hindistanda meliya ağaclarının paylama sisteminə nəzarət etmək hüququ qazandılar. ÜTT-nin Hindistanda bu qərarı həyata keçirməsi çətinliklə baş tutsa da, on minlərlə müstəqil fermer indi böyük əczaçı şirkətlərin qaydaları ilə işləməyə məcburdur.

Analoji olaraq, yüz illərdən bəri hind kəndliləri tərəfindən becərilən basmati düyü növünün patentinə sahib olmaq haqqını ÜTT “RiceTec” adlı Amerika şirkətinə verdi. Təşkilat, eyni zamanda, xüsusi karri istehsalının icazəsini yapon şirkətinə verdi. Faktlar “azad ticarət” şirkətlərinin inhisarçı mahiyyətini göstərir.

GATT və NAFTA kimi beynəlxalq razılaşmalar korporasiyaların yerli bazarları zəbt etməsini, oradan kiçik firma və müəssisələrin sıxışdırılmasını sürətləndirdi. NAFTA razılaşmasının tətbiqindən sonra ABŞ-da yüksək maaşlı iş yerləri əğv edildi. Çünki Amerika firmları öz müəssisələrini bağlayaraq, daha ucuz bazar olan Meksikaya köçürmüşdülər. Bu zaman onlarca kiçik Meksika firmaları,şirkətləri sıxışdırıldı. Meksika ucuz və keyfiyyətli taxıl,süd məhsulları aqrosənayesinin böyük şirkətləri ilə doludur. Bütün bunlar kiçik Meksika fermerlərinin,ticarətçilərinin iflasına və kəndlilərin torpaqlarından məhrum edilməsinə gətirib çıxardı. Meksikada Amerika şirkətləri aşağı maaşlı,sağlamlıq üçün zərərli,təhlükəli iş yerləri təklif etdilər.

Qloballaşma –dünya iqtisadiyyatının taleyini bank sahiblərinin və transmilli şirkətlərin ümidinə buraxmaq məqsədi güdərək, imperializmin məntiqi davamı olub,imperiyanın respublika,beynəlxalq kapitalın demokratiya üzərində qələbəsidir. O indiki durumda ətraf mühitin mühafizəsinin,ictimai xidmətlərin,əmək standartları, istehlakçı hüquqlarının qoryunması haqqında qanunların mahiyyətini zəiflədir.


Комментариев нет:

Отправить комментарий