22 февр. 2013 г.

Dennis Medouz-un planetar faciə modeli


Əksər alimlər,ekoloqlar,təbiətşünas elm adamları Planeti və bəşəriyyəti uçuruma apardığımız haqda xəbərdarlıq edirlər. Son onilliklər bu xəbərdarlıqlar daha tez-tez səslənir. Əksər elm adamlar bunun qarşısını almaq üçün təbiətin verdiyi nemətlərdən qənaətlə istifadə etməyə çağırır. Amma bu çağırışlar heç bir nəticə vermir və verə də bilməz. Xüsusi mülkiyyət, sərbəst bazar münasibətləri saxlandığı müddət ərzində Planet, bununla da insanlıq, məhv olacaq. Ekososializm bərqərar olmadığı müddətdə kapitalizm qaydaları iqtisadi artım və gəlir naminə qarşısına çıxan istənilən şeyi-insanları, təbiəti, biomüxtəlifliyi..- qurban verəcək. Maraqlıdır ki, aparılmış tədqiqatların nəticələrinin, statistic rəqəmlərin qorxunc olmasına baxmayaraq əksər ekoloqlar ekoloji problemlərin mövcud kapitalizm şəraitində həllinə hələ də sadəlöhv şəkildə ümid edir. Aşağıda Dennis Medouzun planetin gələcəyi haqda modelini təqdim edirik.

Dennis Medouz-un planetin faciəsi modeli

Dennis Medouz daha Massaçusets universitetinin assistenti olarkən, 1970-ci ildə Roma klubunun (tanınmış alimləri,siyasətçiləri və biznesmenləri birləşdirən qeyri-hökumət təşkilatına) tapşırığı ilə dünyanın inkişaf modelinin hazırlaması ilə məşğul olan gənc alimlər qrupuna başçılıq edirdi. Əhalinin, sənaye və kənd təsərrüfatı istehsalının artım tendensiyası, təbii resursların irrasional istifadəsi və ətraf mühitin çirklənməsi dəyişməz olaraq qalarsa, dünyamızda nələrin baş verəcəyini göstərmək lazım idi. Medouz və onun kolleqalarının məruzəsi insanlığın maddi artımının planetin son fiziki resurslarıyla məhdud olması və fəlakətin baş verməməsi üçün keyfiyyət-inkişaf xeyrinə sonsuz artımdan imtina etmək tələb olunduğu haqda xəbərdarlıq edirdi.

Amma o zamandan keçmiş onilliklər ərzində alimlər tərəfindən əldə edilmiş məlumatlar göstərir ki, xəbərdarlıqlara əhəmiyyət verilməmişdir: ətraf mühit üzərinə düşən ağırlıq artmağa davam edir. Vəziyyət bəşəriyyətin artıq "hüdudları" aşması ilə daha da ağırlaşır…

DAHA ÇOX – YAXŞI DEMƏKDİR?

İstehsalın artması faydalıdırmı sualına əksəriyyət, fikirləşmədən, müsbət cavab verər. Axı istehsal artması bizdə insan həyatının yaxşılaşması haqda təsəvvür yaradır. Amma gəlin bu yolun əslində nəyə apardığına baxaq.

1650-ci ildə yer kürəsi əhalinin sayı təqribən yarım milyard insan təşkil edirdi. 1900-cü ilə bu say artıq 1,6 milyarda çatdı, 1965-ci ilə – 3,3 milyard, 2000-ci ilə isə 6 milyard insanı keçdi. Beləliklə, Yer kürəsinin əhalisi eksponensional şəkildə artır, yəni artım sürətinin özü böyüyür. Bu ölüm faizinin əhəmiyyətli şəkildə azalması səbəbi ilə əlaqəlidir. Doğum sayı da aşağı düşürdü, amma ölüm faizi ilə müqayisədə daha yavaş.

Son əsrdə sivil ölkələrin mədəniyyətlərində dərin dəyişikliklər olmuşdur. Ailələr nə qədər uşaq istədiklərini özləri seçməyə başladılar. Bununla, dünya üzrə bir qadına düşən orta uşaq sayı 5-dən (1950-ci illərdə) 2,7-ə qədər azaldı (1990-cıya), həm də Avropada bu rəqəm yalnız 1,4 təşkil edir. Amma doğum sayının azalması əhalinin sayının azalmasını bildirmir – o onsuz da cənub ölkələrinin hesabına artır. Məsələn, 2000-ci ildə Yer kürəsinin əhalisi 75 milyon insane kimi çoxaldı ki, bunu da daha bir Filipinin və ya on Pekin yaranması ilə müqayisə etmək olar. Və, bütün proqnozlara görə, bu artım hələ davam edəcək. Həm də demoqraflar doğum səviyyəsinin gəlirdən əks asılılığı haqda dəqiq nəticə çıxarmırlar. Güman edilir ki, doğum sayının azalması daha çox təhsil səviyyəsinin və qadınların məşğulluğunun artması , ailə planlaşdırması proqramlarının meydana çıxması, imkan bərabərliyi və s. kimi amillərdən asılıdır.

İstehsal artımının insanların həyat səviyyəsinin yüksəlməsinə imkan yaratması haqda yayılmış fikirlərə qayıdaq və statistikaya müraciət edək. Braziliyada 1960-cı ildə əhalinin yoxsul yarısı 18% milli gəlir alırdı, 1995-ci ildə isə – yalnız 12%. Amma 1960-cı ildə bu ölkənin 10% ən zəngin əhalisi 54% milli gəlir alırdılar, 1995-ci ildə isə – artıq 63%. 1997-ci ildə orta statistik afrikalı ailəsinin gəliri 1972-ci ilə olduğundan 20% daha az idi. Əlbəttə ki, dünya sənaye istehsalının artması çox insanların firavanlığını artırdı, amma bununla yoxsulluq yox olmadı – və yox olmayacaq, əgər dünyada sərvətlər ehtiyac duyanların xeyrinə yenidən paylaşdırılmayacaqsa. BMT –nin məlumatlara görə, 1995-ci ilə kimi 20% ən zəngin və 20% ən kasıb dünya əhalisinin orta gəlirlərin nisbəti 30:1 –dən 82:1-ə qədər (1960-cı il) artdı…

Beləliklə, yüz il ərzində iqtisadi artım bu artımdan yaranan gəlirlərin bölgüsündə onsuz da mövcud olan bərabərsizliyin daha da böyüməsinə imkan yaratdı.

PLANETİN HÜDUDLARI VAR

Təxminən Hindistanda 200 milyon , Afrikada 200 milyondan çox, Banqladeşdə 40 milyon, Əfqanıstanda 15 milyon insan daim aclıq çəkir. Təxminən 9 milyon insan hər il aclığın fəsadlarından ölür – bu gündə təxminən 25 min ölüm. Həm də əsasən qadın və uşaqlar doyunca yemirlər. Amma aclığın səbəbləri torpağın daha çox məhsul yetişdirməyə icazə verməməsinə görə deyil ( 2000-ci ildə dünyada istehsal edilmiş dənin ümumi miqdarı hətta 8 milyard insan yedizdirməyə icazə verir). Onda səbəb nədir?

Səbəb ondadır ki, bütün torpaqlar eyni cür məhsuldar deyil. Latın Amerikası, Afrika və Asiyanın 117 ölkəsində torpaqların tədqiqatı göstərdi ki, bu ölkələrdən yalnız 19-u özü- özünü yedizdirmək vəziyyətində dir. Biz burada yenidən sərvətlərin bərabər bölöşdürülməməsi məsələsinə qayıdırıq.

Bunlardan əlavə, kənd təsərrüfatı üçün yararlı sahələr davamlı azalır . BMT-nin 1986-cı ildə qiymətləndirilmələrinə görə son min il ərzində insanlar təxminən 2 milyard hektar məhsuldar torpağı əkişçilik üçün yarasız olan boş sahəyə çevirdilər. Bundan başqa, böyük miqdarda torpaq sahələri şəhərlərin, avtomobil yollarının və başqa ehtiyaclar üçün istifadə olunur. Belə ki, Vyetnamda ildə 20 min hektar torpaq şəhər tikintisi altına gedir; Taylandda beş il ərzində 34 min hektar kənd təsərrüfatı torpaqları qolf meydançalarına çevirilmişdir; ABŞ-da hər il 170 min hektardan çox sahə avtomobil yollarının altına … Əgər əhalinin sayı artırsa, kənd təsərrüfatına yararlı sahələr azalırsa, onda zamanla qidalanma problemi daha kəskin olacaq. Hələ ki, məhsuldarlığın artması hesabına insanları yedirtməyə nail olunur, amma bir hektar sahədən əldə edilmiş məhsulun miqdarı sonsuz olaraq artmayacaq.

Ərzağın ehtiyatlarından başqa, bəşəriyyət üçün içməli su ehtiyatları da çox əhəmiyyətlidir – onu heç nəylə əvəz etmək mümkün deyil. Bu gün ABŞ vətəndaşı ildə 1500 kub metr su sərf etdiyi halda, inkişaf edən dünyanın orta statistik şəhər sakini 3 dəfə daha az, Saxara səhrası ətrafında yerləşən ərazilərin sakini isə – 10 dəfə az su sərf edir. Kolorado , Nil, Hind, Qanq, Xuanxe, Sırdərya, Amudərya kimi çaylardan suvarma və şəhərlərin təchizatı üçün o qədər su istifadə olunur ki, bu çaylar hiss olunacaq dərəcədə dayazlaşır. Əgər suyun adambaşına düşən orta istehlakı indiki səviyyədə qalarsa, və Yer kürəsi əhalisi, proqnozlara görə, 2050-ci ilə kimi 9 milyarda çatarsa, onda bəşəriyyət ildə 10,2 min kub km sərf edəcək, yəni dünya əlçatan içməli su ehtiyatının 82%-ni. Əgər onun sərfi artarsa ( XX əsr boyunca onun istehlakı davamlı artıb), dünya ciddi içməli su çatışmazlığının problemiylə rastlaşacaq.

ENERJİ BÖHRANI

Yer kürəsinin ən əsas energetic resurslarının – neft və qaz – tükənən olması artıq heç kimdə şübhə doğurmur. Ancaq mütəxəssislər bir səslə iddia edirlər ki, enerjinin istehlakı ilbəil yalnız artacaq. Və bununla belə planetin əhalisinin dörddə birindən çoxu ümumiyyətlə elektrikdən istifadə etmir.

Son üç onillik ərzində yataqların istismarı azalmışdır: neft – 700 milyard barel, kömür – 87 milyard ton, təbii qaz – 51 trilyon kub metr. Amma bəşəriyyətin bərpa olunmayan resursları sərf etməsi azmış kimi – o ətraf mühiti onların məhsullarıyla da çirkləndirir. Son illər zərərli tullantılar azaldılmasına baxmayaraq, enerji istehsalı hələ də təbiətin çirkləndirilməsinin ən böyük mənbəyi olaraq qalır. Nəzəri olaraq, təbii qaz neft və kömürü əvəz edə bilərdi – o ekoloji cəhətdən daha təmizdir. Amma tamamilə qazdan istifadəyə keçilsə, onun sərfi eksponensional olaraq artacaq, və ehtiyatları 45 ilə kifayət edəcək.

Bu gün bəşəriyyət böyük miqdarda enerjinin böyük sərf edir, və onun hazırlanması üçün nefti tamailə hələlik heç nə ilə əvəz etmək mümkün deyil. Külək , günəş enerjisi və alternativ enerjinin başqa növləri və hətta atom enerjisi belə – hələ ehtiyacları təmin etmək vəziyyətində deyil. Bundan başqa, bu enerji mənbələri həmçinin çox "ləngdir", müəyyən yer üçün istafadə olunur. Külək elektrik stansiyası işin təminatı üçün yaxşıdır, məsələn, dəyirmanlar, amma külək enerjisini uyğunlaşdırmaq kifayət qədər problematik olacaq, məsələn, avtomobillərin hərəkəti üçün. Böyük miqdardalarda atom enerjisindən istifadə də skepsis doğurur – hələ heç bir ölkə nüvə tullantılarının aradan qaldırılması problemini həll edə bilməyib . Təbiətdə belə tullantıları tezliklə zərərsizləşdirməyə icazə verən proses yoxdur, onlar ciddi fərdi "qrafik" üzrə dağılırlar – yarımdağılma dövrü minlərlə ili əhatə edir…
Bəşəriyyətin yaratdığı daha bir problem – tullantıların hədsiz miqdarıdır. Belə ki, artıq göstərdiyimiz nüvə tullantılarından başqa, böyük miqdarda sintez olunmuş kimyəvi birləşmələr mövcuddur. Daha əvvəllər heç vaxt planetdə belə tullantılar olmayıb, buna görə təbiət onları yenidən emal edərək təhlükəsiz birləşmələrə çevirməyə sadəcə uyğunlaşa bilmir. Bu gün bəşəriyyət 65 minə qədər belə birləşmələrdən istifadə edir, və onların miqdarı daim artır. Xüsusi təhlükə onandır ki, belə məhsulların kiçik hissəsi zəhərliliyinə görə yoxlanır.

Ozon qatını dağıdan Xlorftor-karbohidrogen kimi qlobal çirkləndirici artıq çirklənməninin Planetə necə təsir etməsinin klassik nümunəsi olub . Mütəxəssislərin əksəriyyəti hesab edirlər ki, növbəti qlobal problem parnik effekti və iqlim dəyişikliyiylə əlaqədar yaranacaq. Qlobal iqlim dəyişikliyini tez aşkar etmək mümkün deyil, amma onun təsiri artıq indi bizə aydındır: temperatur üzrə anomal fəsillər, yağıntıların bölgüsünün dəyişməsi, buzlaqların ərinməsi, dəniz səviyyəsinin son yüz il ərzində 10- 20 santimetr artması…

NƏ EDƏK?

Dennis Medouz hesab edir ki, böhrandan çıxmağın bir neçə üsulu var. Xüsusilə, əksər insanların həyat tərzini dəyişdirmək olar – daha az istehlak etməklə. Enerjidən istifadənin effektivliyini artırmaq üçün onun alternative mənbələrini hazırlamaq və istifadə etmək olar.
Və bu istiqamətdə bir çox işlər görülür. Məsələn, zəngin ölkələr tullantıların emalına və onlardan istifadəyə daha çox diqqət ayırmağa başlayıblar. Hətta təbiətin özündə belə təşkil edilmişdir ki, bir prosesin tullantıları digər proses üçün xammal olur. İstifadə edilmiş məhsulların emalından başqa, resursların qənaəti kütləvi istehlakın mallarının xidmət müddətinin artırılması hesabına da mümkündür. Bu müddəti ikiqat artırmaqla, enerji istehlakını, bu malların istehsalı zamanı yaranan tullantıların və çirkləndirmələrin miqdarını iki dəfə azaltmaq olar.
Amma əgər bəşəriyyət ağlı ilə işləməsə, indiki rejimdə resurslara sərf etməyə davam etsə, onda çox yaxın zamanda o tamamilə resurslarsız qalacaq. Çünki, əgər planetin hər bir sakini nemətlərdən Şimali Amerika sakini kimi istifadə etsəydi, onda bizə bir əvəzinə üç planet lazım olardı.



Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий