2 мар. 2013 г.

Dövlət və korporasiyalar kasıbları necə qarət edir (Barbara Erenreyx)


Kasıblar ayrı-ayrılıqda oğrular üçün o qədər də cəlbedici deyillər. Bankirin "Hop stop"u aylıq ev kirəsinə kifayət edəcək məbləğdə pul gətirə bilər. Süpürgəçidən isə cinayət yerindən qaçmaq üçün çətin ki, avtobus bileti üçün kifayət edəcək məbləği oğurlaya bilərsən. Amma hətta Biznes Uik 2007-ci ildə kasıblar qrupunun əlverişli oğurluq obyekti olduğu haqda məqalə yerləşdirmişdi.

Mahiyyət ondadır ki, onların hamısını birlikdə qarət etmək lazmdır, tək halda yox, və onda demək olar ki, cinayətkarı tapmaq mümkün deyil. İşə götürənlər, məsələn, kompüterləri elə proqramlaşdıra bilərlər ki, hər maaşdan bir neçə dollar "kəsmək" mümkün olsun, və ya işçilərə iş gününün başlamasından yarım saat tez gəlməyi əmr edə bilər.

Borc alanlar, istər böyük firmalar olsun,istərsə də "maaşa qədər" borc alan xırda sələmçilər, ağılasığmaz faizlər tələb edərək əvvəlki yerli qanqsterlərin ekoloji yerini tutublar. Əgər gecikdirməyə görə cərimələri (hansı ki,ona görə də faizlər yığılır) də əlavə etsək, 600%-ə qədər illik alınır, və bütün bunlar ştatlar üçün tamamilə qanunidir.

Amma kasıbları təkcə özəl sektor qarət etmir. Yerli hakimiyyət orqanları aşkar etdi ki, vergi daxil olmaları düşdükdə, onları qismən cərimələrlə, rüşvətlərlə və ittiham edilənlərin-kasıbların boynuna qoyulmuş,adətən də sürücülük vəsiqəsi olmadan qanunsuz maşın idarə etdiyindən də olduqca az cinayətlərə görə, müxtəlif xərclərlə doldurmaq olar. Və həbsxanada saxlama dəyəri mənfəəti ötdükdə, daha çox yerli hakimiyyət orqanları müttəhimlərdən məhkəmə xərclərini, və hətta həbsxanada qalma xərlərini tələb etməyə başladılar.

Səfillərin bu şəkildə təqib edilməsinə Edvin Naulin – Miçiqandan olan evsiz, hansı ki, on altı yaşlı oğlunun həbsxanada saxlanması üçün aylıq 104 dollar ödəmədiyinə görə 2009-cu ildə həbsxanaya salmışdılar, nümunə ola bilər. O, bir qədər pul aldıqda düşünürdü ki, oğlunun həbsxana xərci üçün ödəyə biləcək. Bunun əvəzinə pulu onun özünün həbsi üçün ödəmə kimi müsadirə etdilər.

Oğurlanmış,kasıblardan təhdidlərlə və ya zorla alınmış məbləğlərin heç rəsmi rəqəmləri də mövcud deyil. Müstəqil tədqiqatçı Kim Boubo yazdığı "Amerikada maaş oğurluğu" kitabında işəgötürənlər tərəfindən işçilərdən oğurlananları ildə ən azı 100 milyard dollar dəyərində, bəlkə də 2 dəfə daha çox, qiymətləndirir. Hari Rivlin sələmçilər haqqında ("ABŞ borc çuxurunda: Sələmçi qarılardan "Yoxsulluq" koprorasiyasına kimi - işləyən kasıblar necə böyük biznesin qurbanı oldular") yazır ki, kasıblar onlara ildə 30 milyard dollar verirlər, kredit kartlarını, avtomobil və ev alınması üçün kreditləri,hansılar ki, onlardan da eyni məbləğdə pul alırlar, nəzərə almadan.

Əlbəttə bu məbləğlər az deyil. Onları kasıblara kömək üçün ən böyük dövlət proqramlarıyla müqayisə etmək olar. Hökumət vergi qaytarılması şəklində kasıblara ildə 55 milyard dollar ayırır. Hərçənd ki, hakimiyyət kasıblardan oğurlanan soyğunçu faizlərə barmaqarası baxır, onlar kasıblara yardım üçün kifayət etmir. "Ehtiyacı olan ailələrə müvəqqəti yardım” yeganə ümumi amerikan sosial proqramı dövlətdən və ştatlardan ildə cəmi 26 milyard dollar alır.
Yerli hakimiyyət orqanları özləri də soyğunçulara qoşulurlar. 2009-cu ildən, "Böyük resessiya"nın qızğın vaxtı kasıb kvartallarda polis zorakılığından şikayətlər getdikcə daha da çoxaldı. Küçəyə kötük atdın – zibilin atılmasına görə həbs, polis saxladı və axtardı və ciblərdə marixuana izləri tapdı – qandallar. Hər hadisədə – ən azı üçrəqəmli məbləğdə cərimə.
Həbsxana və/və ya cərimə ilə nəticələnən "Cinayətlər" siyahısı çox tez artır. Kaliforniyadan tutmuş Texasa, Pensilvaniyaya qədər hər yerdə məktəbdə dərsdən yayınmağa qarşı qanunlar sərtləşdirilir, və o həddə çatdırırlar ki, dərs vaxtı küçədə tutulmuş uşaqlara qandallar geyindirilir. Bugün Nyu-Yorkda cinayət sayılır – ayaqlarını metroda boş oturacağa qoymaq, Cənubi Karolinada isə qadın "zibillənmiş həyət"ə görə 480 dollar cərimə ödəmədiyi üçün 6 gün həbsxanada qalmalı oldu. Bəzi şəhərlər – məsələn, Nyuston və Filadelfiya – ictimai yerlərdə kasıblarla yemək bölüşməyi cinayət qəbul etdilər.

Kasıb olmaq – öz-özlüyündə hələ ki cinayət deyil, amma ən azı ştatların üçdə birində borclular həbsxanaya düşə bilərlər. Əgər mənzil sahibi və ya kredit şirkəti səni məhkəməyə veribsə, və sən təyin edilmiş gün iclasa gəlməyibsənsə, sənə həbs orderi verə bilərlər. İclası isə ona görə buraxmaq olar ki, çağırış həmin ünvana gəlməyə bilər, və ya hətta çağırış vərəqi kreditor tərəfindən qəsdən zibilə atıla bilər – adi hadisədir, bunun üçün hətta xüsusi ifadə də var - "zibil çatdırılması". Əgər sonra sınmış fara üçün nəqliyyat polisi səni dayandırarsa, və siyahıda sənin adını görərsə – birbaşa həbsxanaya get.

Bu "yeni cinayətlərdən" hər biri cəriməylə, həmçinin də həbsxana təhlükəsiylə cəzalandırılır, amma kasıbların soyğununun ümumi məbləğini bilmək çox çətindir – bu hakimiyyəti narahat etmir.

Cinayət işləri üzrə Milli vəkillər assosiasiyasının bu yaxınlardakı qiymətləndirməsi: 2006-cı ildə 10 500 000 xırda qanun pozuntusu baş vermişdir. Onlar üçün orta cərimə məbləğini aydınlaşdırmaq mümkün deyil, hərçənd adətən bu "yüzlərlə dollardır". Hətta əgər 200 dollar götürsək, və nəzərə alsaq ki, “cinayətkarların” 80-90% -i - rəsmən kasıb kimi qeydə alınmış insanlardır, onda polisin və məhkəmənin köməyi ilə yerli hakimiyyət orqanları kasıblardan ildə ən azı 2 milyard dollar alır və ya almağa çalışır.

Və yenə də bu hakimiyyətin kasıblardan topladığı payın kiçik bir hissəsidir. Alimentlərə görə borclular 105 milyard dollar ödəməyə məcburdur, bunun yarısını – uşaqlara kömək üçün ştatların yerli hakimiyyət orqanlarına ödəməlidirlər. Valideynlərin uşaqlar qarşısında mənəvi öhdəlikləri var, amma bu borcluların böyük əksəriyyəti kasıblardır.

Kasıblardan pul yığmaq – qəddarlıqdır, və adətən də mənasız qəddarlıq. Bir çox ştatlar alimentə görə borclu olanların sürücülük vəsiqələrini əllərindən alırlar, bununla da praktik olaraq onların işləyə bilməyəcəklərinə zəmanət verirlər. Miçiqan avtodayanacaq üçün borclu olan insanların sürücülük vəsiqələrini almağa başlayıb. Nyu Mexiko ştatında Las Kruzes-də yol qaydalarının pozulmasına üçün cərimələrin ödənilməməsinə görə su, qaz və kanalizasiyanın kəsilməsi haqqında qanun qəbul etdilər.
Qanunun caynaqlarına düşərək, insan tamamilə köməksiz olur. Əksər məhkəmələr onların ödənilə biləcək və ya ödənilə bilinməyəcəklərini fikirləşmədən cərimələr təyin edir, ödəmə planı üçün möhlət də həmçinin pul tutur.

Nyu-York universitetində Brennan Center for Justice-in tədqiqatının nəticələrinə görə, 15 ştatdan 14 yerli hakimiyyət orqanlarında cərimələri və peni ödəyə bilməyənlərdən, üstəlik gecikdirilmiş ödənişə və möhlətə görə "gün yığımı üçün” cərimə ödəməli olanlardan "yoxsulluq üçün cərimə"yə görə 300 dollara qədər pul tələb edirdilər. Axı həbsxana üçün də bəlkə ödəmək lazım olacaq, və şərti olaraq vaxtından əvvəl azad olma üçün xərclər də həmçininadətən müqəssirin üzərinə düşür.

Yerli hakimiyyət orqanlarının soyğuçuluğu "pis yoxsulluq kruqu" klişesinə yeni məna verir. Kasıblar cərimələri, və ya ev kirəsini, və ya müalicə xərclərini ödəmək üçüb pul olmadığından varlılardan daha çox hüquq-mühafizə orqanlarının hədəfinə çevrilirlər.

Və siz ələ düşən kimi, hesab edin ki, bütün sizin əmlakınız artıq sizin deyil. Məhkəmə xərclərdən başqa, mühakimə edilən üçün iş tapmaq daha çətindir. Və siz nə qədər daha da kasıb olursunuz, qanun bir o qədər daha tez sizə yenidən girişir, görünür ki, bu artıq "kruq" yox, düz cəhənnəmə aparan - burulğandır. Siz aşağı düşdükcə daha da sürətlə yıxılacaqsız – o vaxta qədər ki, küçələrə düşəcəksiz və sizi "ictimai yerdə işədiyiniz" və ya "səkidə yatdığınız" üçün "cinayət"ə görə həbs edəcəklər.



Tərcümə Günel Muradova

1 комментарий:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    ОтветитьУдалить