1 апр. 2013 г.

Zemlyaçkanın adını unutdura bilməyəcəklər




Rozaliya Samuilovna Zemlyaçka – bugün iblis kimi təqdim olunan bolşevik partiyasının xadimlərindən biridir. Amansız repressiyaları, xüsusilə 1920-ci ilin noyabrında Krımın Qırmızı Ordu tərəfindən tutulmasından sonra kütləvi güllələnmələri onun adına yazırlar. Bu mövzu hər dəfə yeni təfərrüatlarla böyüdülərək hökumət KİV-i tərəfindən müzakirə obyektinə çevrilir.

Bəs nəyə görə bolşeviklərin içərisindən məhz Zemlyaçka bu qədər amansız təqibə məruz qalır? Görünür məsələ bundadır ki, burjua-meşşan nöqteyi nəzərindən o daha “düzgün olmayan” adamdır.

Rozaliya Zemlyaçka (əsl familiyası- Zalkind) 1 aprel 1876-cı ildə Kiyevdə yəhudi icmasının yuxarı təbəqəsinin ən varlı nümayəndəsinin, şəhərdə ən böyük qalantereya dükanının sahibi olan birinci gildiya taciri Samuil Zalkindin ailəsində dünyaya gəlmişdir. Rozaliya Samuilovnanın qardaşları inqilabi hərəkatda iştirak edirdilər,buna görə həbsxanaya düşmüşdülər. Zemlyaçka özü isə marksist fikirlərə gənc yaşlarında tarixi və sosialoji işlərlə tanış olaraq gəlmişdi. Xüsusilə, hələ Kiyev gimnaziyasında oxuyarkən o Karl Marksın “Kapital” əsərini oxumuşdu. Çar Rusiyasında universitetlərdə yəhudi xalqının nümayəndələrinin ali təhsil almasını məhdudlaşdıran faiz norması hələ də qaldığından o öz təhsilini Fransada Lion universitetində davam etdirməli olur. Dövlət antisemitizminin belə təzahürü əslində onun düşməninin kim olması məsələsini anlamaqda yəhudi gəncliyi üçün əlavə stimul oldu.
Və yəhudi gənclərinin əsas hissəsi tamamilə əsaslı olaraq belə bir nəticəyə gəlirlər ki, onların düşməni – “Rusiya İmperiyası” adı altında dövlət təhsilidir. Bu istismarçı dövlət hətta o dövrün digər kapitalist ölkələrinin fonunda öz qəddar çirkinliyi ilə fərqlənirdi. Arxaik mütləqiyyətli monarxiya ilə, mütləq hakimiyyətli məmurlarla, acız polis rejimi ilə, 70% tamamilə savadsız, köhnə, müəyyən zaman ərzindən bir tez-tez aclıqdan əziyyətdən çəkən əhali ilə, digər cinsin diskriminasiyası ilə. Bu dövlət quruluşunu məhv etmək hətta burjua inkişafı nöqteyi-nəzərindən də vacib idi. Amma Rozaliya Zemlyaçka elmi hazırlığa malik olduğundan, təkcə sözdə deyil, işdə də marksist olduğundan proletar inqilabının başlaması, sosializm cəmiyyətinin qurulması uğrunda mübarizəyə qatılan yəhudi gəncliyinin ən uzaqgörən nümayəndələrindən biri oldu. Buna görə Zemlyaçkanı nə yəhudi menşevikləri ( “Bund” partiyası), nə eserlər, nə də anarxistlər cəlb etmirdi. Lap başından o bolşevik-leninçi idi və öz baxışlarına həyatının sonuna kimi sadiq qaldı.

1896-cı ildə Rozaliya Zemlyaçka Kiyev sosial- demokrat təşkilatının üzvü olur, 1901-ci ildə isə “iskraçılara” – ölkə xaricində “İskra” qəzetini nəşr etdirən rusiyalı marksistlər qrupuna qatılır. Bu qrupun lideri V.İ.Lenin idi. Məhz “İskra” tərəfdarları sayəsində 1903-cü ildə Rusiya sosial-demokratiya fəhlə partiyasında bolşevik istiqamət ayrılmağa başladı. Nəticədə bolşeviklər Rusiyada marksizm ideologiyasının elmiliyini müxtəlif revizionistlərdən müdafiə edən yeganə marksist partiya oldular. Buna görə də onlar rusiya proletariatını 1917-ci ilin oktyabrında qələbəyə qovuşdurdular.

Zemlyaçka Odessada və Yekaterinoslav-da “İskra” qəzetinin müvəkkili idi, bolşevik nöqteyi-nəzərinin rusiya işçiləri tərəfindən eşidilməsi üçün qazetin yayılmasında çox işlər görmüşdü. Sonra işçilərin mütləqiyyətlə və burjuaziya ilə açıq toqquşması, 1905-ci il İnqilabı başlayır.. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Moskva komitəsinin üzvü və üsyanın bilavasitə təşkilatçılarından olan Rozaliya Zemlyaçka Moskva üsyanında ilk döyüş təcrübəsini qazanır.

Ümumiyyətlə, Roza Zemlyaçka bolşevik partiyasının əsl universal döyüşçüsü idi. O, ən ağır, gizli müxtəlif partiya işləri ilə məşğul olurdu: nəzəri tədrisi aparmaq, fəhlə tətillərini təşkil etmək (xüsusilə, 1909-cu ildə Bakıda), əlində silah çar rejiminə qarşı vuruşmaq. Və bolşevik partiyasının ən yaxşı hissəsinə aid olmaqla Zemlyaçka hər yerdə uğur qazanırdı. Partiya onu nəhəng imperiyanın ən müxtəlif nöqtələrinə göndərirdi, Zemlyaçka bir neçə dəfə həbsxanaya düşmüşdü və orada vərəmə yoluxmuşdu.

Oktyabr inqilabından sonra Zemlyaçkaya Qırmızı orduda yenidən ağır iş həvalə edirlər. O, 8-ci və 13-cü ordunun, daha sonra isə vətəndaş müharibəsi illərində müxtəlif cəbhələrdə siyasi şöbə rəisi olur. Zemlyaçka tərəfindən ruhlandırılan qırmızı ordunun əsgərləri onların taleyinə düşən bütün qeyri-insani çətinliklərə baxmayaraq yeni həyat uğrunda döyüşə gedirdilər. Vətəndaş müharibəsi illərində xidmətlərinə görə Zemlyaçka 1921-ci ildə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş ilk qadın olur.

1920-ci ilin noyabrında general Vranqelin ordusunun məğlubiyyətindən və Krımın azad edilməsindən sonra Zemlyaçka partiyanın Krım vilayətindəki bürosunun katibi olur. Son 20 ildə burjua propaqandasının sevimli mövzusu olan hadisələr məhz bu dövrə aiddir. Məsələ burasındadır ki, Krım Vətəndaş müharibəsinin əsas hadisələrinin baş verdiyi Avropa Rusiyası ərazisində əksinqilabçıların sonuncu dayağı idi. Nəticədə Krımda bütün Rusiyadan bura axışmış xeyli sayda əksinqilabçılar toplanmışdı. 1920-ci ilin noyabrında Qırmızı Ordu Krımı bir neçə gün içərisində tutur, və onların düşmənlərindən çoxu, həmçinin də Ağ ordunun zabitləri ölkəni tərk etməyə macal tapmırlar. Sovet Rusiyasında qalmaqla onlar nə ilə məşğul ola bilərdilər? Əlbəttə ki, onlara düşmən olan sovet hökuməti ilə müxtəlif yollarla mübarizə aparardılar, gizli əksinqilabi təşkilatlar yaradardılar. Rusiya Kommunist Partiyasının Krım bürosunun başçıları bunu çox yaxşı başa düşürdülər, ona görə də çox doğru qərar qəbul etmişdilər – qaçmağa müvəffəq olmayan ağ emiqrantları öldürmək. Vətəndaş müharibəsinin doğurduğu amansızlığı da nəzərə almaq lazım. Bir neçə il ardıcıl olaraq ətrafında hər dəfə yoldaşların öldürüldükdə, düşmənin həyatı qiymətini daha da itirməyə başlayır.
Burjua təbliğatçıları Krımda güllələnmiş əksinqilabçıların sayı barəsində səhv edirlər. 7 mindən 30 minə kimi rəqəmlər sayırlar. Görünür, burada vəziyyət elə “stalin repressiyalarında” olduğu kimidir, hansı ki, bu repressiyaların gedişində “ ya 1 milyon, bəlkə də 100 milyon insan” öldürülmüşdü. Antisovet yalanı goplayarkən burjua ideoloqları hər biri istədiyi kimi, hər birinin fantaziyasının coşğunluğundan asılı olaraq rəqəmlər söyləyirlər. Vətəndaş müharibəsi zamanı kütləvi güllələnmələr hər iki tərəfdə də olurdu, müharibənin özünü isə devrilmiş istismarçı siniflər başlamışdırlar. Amma sovet hökumətinin cavab hərəkəti olduğu, krım güllələnmələri kimi, əksinqilabi terror haqqında son 20 il ərzində heç nə danışılmır.

Vətəndaş müharibəsindən sonra Rozaliya Samuilovna Zemlyaçka – artıq dinc işlərdə, böyük kommunizm cəmiyyətinin- insanın inan tərəfindən istismarı olmayan cəmiyyətin qurulması işində yenə də ön sıralarda dayanır. Zemlyaçka partiyada məsuliyyətli vəzifələrdə, fəhlə-kəndli müfəttişliyində, xalq komissariatında işləmişdir. O həmçinin Perm şəhərində, 1924-25-ci illərdə RKP-nin Motovilixin rayon komitəsində də çalışmışdır.

1934-cü ildən Sovet Komitəsinin, daha sonralar isə MK-nin partiya nəzarəti komitəsinin nəzarət orqanlarında çalışır. Zemlyaçka həmin illərdə də gənc yaşlarında olduğu kimi qəti bolşevik olaraq qalır. Partiyanın bir çox köhnə üzvləri 1920-30-cu illərdə partiyadaxili çəkişmələrdə sonralar sovet hökumətinin düşmənlərinə çevrilən Trotskini,Buxarini və Ümumittifaq Komunist Partiyasının digər xadimlərini dəstəkləyərək antimarksist mövqeyə keçirlər. Savadlı marksist olan Zemlyaçka isə SSRİ-də sosializm quruculuğuna öz töhvələrini verərək tərəddüd etmədən, 1947-ci ildə vəfat edənə kimi sosializm uğrunda çalışaraq Stalinin tərəfində dayanır.
Çox güman ki, Rozaliya Samuilovnanın burjua təbliğatçılarında belə nifrət oyatmasının səbəbi budur ki, qadın-yəhudi və inqilabçı olmaq burjua rejimi üçün çox “dəhşətli” uyğunlaşmadır. Onun nöqteyi nəzərindən ağzınacan dolu pul kisəsinə sahib vətəndaşın ağalığı ilə barışmayan istənilən inqilabçı cinayətkardır. Qadınlar isə elə başdan “farağat” dayanmalıdırlar və kiminsə qadını və ya fahişəsi olmaqdan başqa rol oynamamalıdırlar. Bisavad xalq kütlələrini aldatmaqla bütün problemləri onların üzərlərinə atmaq mümkün olan milli azlıqlar da eynilə onlar üçün hazırlanmış taleyə itaətkar olmalıdırlar. ( 100 il əvvəl “qapazaltı” rolunda ilk növbədə yəhudilər idi, müasir burjua Rusiyasında isə - qafqazlılar və Orta Asiyadan gəlmiş işçilərdir.)


Zemlyaçka özündə işçilərin ən çox istismar olunan hissəsinin parazitlərin hakimiyyətinə və onların ideologiyasına qarşı üsyanını təcəssüm edir. Buna görə də burjuaziyanın bu qədər nifrətini qazanmışdır, buna görə hakimiyyət başında duranların nökəri olan cənablar ona belə qəzəblə hücum edir, xüsusilə, Rozaliya Samuilovna-nın şərəfinə adlandırılmış perm küçəsinin adının dəyişdirilməsi üçün. Kommunistlər üçün isə Zemlyaçka onun nümunəsində çox şey öyrənilə biləcək görkəmli marksistdir.

Zemlyaçka – qadın azadlığının, qadının “kişinin mülkiyyəti” olmamasının, öz taleyini özbaşına müəyyən edə bilməyin və bəşəriyyət tarixini həll etməyin simvoludur. Zemlyaçka xalq zülmünə qarşı mübarizənin, ən məzlum və “sakit” xalqın belə döyüşçü ola bilməsinin simvoludur. Həqiqətən, yəhudi xalqı insanlığa bir çox gərkəmli inqilabçı-marksistlər bəxş etmişdir, və onların ilk sırasında da rusiya yəhudiləri. Təqib obyektləri, diskriminasiyalar, axmaq ittihamlar (“xristian körpələrinin qanlarının” istifadəsi vəs s.), dələduz “patriotların” dağıntıları, silaha sarıldılar və Oktyabr inqilabına çox töhfələr verdilər.

Nəhayət, Rozaliya Zemlyaçka – təcrübi inqilabi fəaliyyətin müxtəlif sahələrində nəzəri marksizm hazırlığının və uğurun birləşməsinin yaxşı nümunəsidir. Yüksək təhsilli insan, istənilən burjua və xırda burjua təbliğatçılarını güzəştsiz darmadağın edən sözün əsl mənasında alim-inqilabçı həm qələmlə,həm də revolverlə eyni dərəcədə yaxşı davranırdı, həm yazı masasının arxasında, həm barrikadalarda, tətil edən işçilərin arasında və qızıl ordunun əsgərləri ilə səngərlərdə öz yerində idi.
Kişi şovinizmi, millətçi yanlış fikirlər, kapitalizmin digər doğma ləkələri kimi, öz dövrünü yaşamış bu köhnəlmiş ictimai quruluşla birlikdə yox olacaqlar. Rusiya işçiləri hələ Rozaliya Samuilovna Zemlyaçkanın – bəşəriyyətin kapital ağalığından azad olması uğrunda vuruşan görkəmli döyüşçünün təmiz adını bərpa edəcəklər.

Комментариев нет:

Отправить комментарий