30 янв. 2014 г.


“Dünyada ən böyük təbliğat sistemi ən çox Böyük Britaniyada və ABŞ-da inkişaf etmiş PR industriyadır.Yüz il əvvəl hakim dairələr qəbul etməli oldular ki, əhalinin əsas hissəsi müəyyən dərəcədə azadlığa nail olub, yəni onlar anladılar ki, artıq insanları güc vasitəsilə idarə etmək çətindir, buna görə də təbliğatın və insanların bir-birindən uzaqlaşdırılmasının və marginallaşdırılmasının digər vasitələrinin köməyilə baxışların formalaşdırılmasına daha böyük diqqət ayırmağa başladılar. Qərb dövlətləri bu sahədə əsl professionala çevriliblər.
Reklam industriyası və PR industriya ABŞ-da olduqca böyükdür. Əvvəllər bunu açıq şəkildə təbliğat adlandırırdılar. Bugün isə bu söz mənfi məna kəsb edir, ona görə də istifadə olunmur, amma həqiqətdə onun özü müəyyən məqsədlərə nail olmaq üçün işlənib hazırlanmış nəhəng təbliğat sistemidir. Təbliğat hər şeydən əvvəl irrasional cahil istehlakçılar, yəni irrasional seçim edən insanlar yaratmaqla ənənəvi bazarları məhv etməlidir. Reklamın bütün mahiyyəti elə budur, yəni o ibtidai bazara ziddir – hər kəs özü buna əmin ola bilər, bunun üçün sadəcə televizoru açmaq lazımdır. Bütün iş inhisarlaşmada, məhsulun differensiallaşdırılmasında və digər buna bənzər şeylərdədir, amma bu məqədlərə nail olmaq üçün insanları onları bir-birindən uzaqlaşdıran irrasional istehlaka məcbur etmək lazımdır. Çünki, artıq qeyd etdiyim kimi, istehlak – fərdi bir şeydir, o birlik göstərmək üçün deyil. Siz televizorda belə bir reklam görə bilməzsiz: “Gəlin birləşək və birlikdə ictimai nəqliyyat sistemi yaradaq”. Bunu kim maliyyələşdirəcək? Bundan əlavə, onlara həm də demokratiyanı məhv etmək lazımdır – özü də eyni yolla. Buna görə də siyasi, seçki qabağı kampaniyaları da əsasən pi-ar agentliklər hazırlayırlar. Onların qarşısında hansı məsələlərin dayandığı tamamilə aydındır: onlar irrasional qərarlar qəbul edən cahil seçicilər yaratmalıdırlar. Bütün seçkiqabağı kampaniyaların da əsas mahiyyəti budur. Onlara milyardlarla dollar xərclənir və onların əsas məqsədi – demokratiyanı məhv etmək, bazarların varlılara xidmət etməsini təmin etmək və hakimiyyətin və kapitalın konsentrasiyasına zəmanət verməkdir.Bununla yanaşı insanları irrasional və özlərinə qarşı zərərli davranmağa məcbur etmək lazımdır.
Özünüməhvə can atmaq bəzən heyrətləndirir. Məsələn, 1920-ci ildə ABŞ-da PR sistemin ilk layihələrindən biri ilə həm Vilsonun, həm Ruzveltin, həm də Kennedinin müxtəlif yollarla təriflədiyi insan – proqressiv liberal Edvard Berneys məşğul olmuşdu. Onun ilk uğurlu layihəsi qadınların siqaret çəkməsini stimullaşdırmaqdan ibarət idi. 1920-ci illərdə qadınlar hələ siqaret çəkmirdilər, yəni əhalinin böyük hissəsi siqaret almırdı. Və Berneys model qızlara pul ödədi ki, onlar əllərində siqaret Beşinci Avenyu-da (Nyu-Yorkun mərkəzi) gəzişsinlər. Onun qadınlara mesajı sanki deyirdi: “Bu modellər kimi əla olmaq istəyirsiz? Onda siqaret çəkin”. Nəticədə nə qədər insan həyatını itirdi? Heç saymayacam da. Amma onda onun layihəsi böyük uğur kimi nəzərdən keçirilirdi. Eyni şeylər tütünün, asbestin, qurğuşunun, kimyəvi preparatların, vinil-xloridin hazırki korporativ təbliğatının məhvedici xarakterinə aiddir. Heyrətləndiricidir, amma PR menecerlər – kifayət qədər sayılan sənətdir, baxmayaraq ki, onlar birgə əmək kimi seçim variantını məhv edərək insanlar üzərində nəzarətə kömək etməklə məşğuldurlar.” (Noam Xomski)

Комментариев нет:

Отправить комментарий