1 февр. 2014 г.

Bu beş şeyə görə biz hələ də SSRİ-yə minnətdarlığımızı bildirməmişik

Qadın hüququ: Hələ 19-cu əsrdə bəzi yerlərdə qadınların səs vermə hüququ qazanmalarına baxmayaraq, qadınların ilk seçki hüquqlarının yayılması dalğası 20-ci yüzilliyə təsadüf edir. 1917-ci ilə kimi yalnız 4 əsas ölkə qadınlara səs verməyə icazə verirdi – Avstraliya, Finlandiya, Norveç və Danimarka. 1917-ci il İnqilabı hər kəs üçün bərabər hüquqlar uğrunda çıxış edirdi. Bu çoxlarını qorxutmağa başladı ki, femenistlər  kommunizm sistemini daha gözəl hesab edəcək və onun qərb ölkələrinə ixrac edilməsində bolşeviklərə kömək edəcək. Bu əsas təhlükədən azad olmağın ən yaxşı yolu qadınlara səs vermək hüququnun verilməsi idi. Britaniya və Almaniya 1918-ci ildə, Birləşmiş Ştatlar 1920-ci ildə qadınlara səs verməyə icazə verdilər, tezliklə digər ölkələr də onların arxasınca getdi. Fransa bunu 1944-cü ilə qədər gecikdirən yeganə böyük derjava idi.

Əmək qanunvericiliyi: Burada hər şey aydındır: 5 günlük iş həftəsi, 2-4 həftəlik ödənişli məzuniyyət, uşaq baxımına görə məzuniyyət, tibbi sığortalar, işçilər üçün təhlükəsizlik standartları və s. – bütün bunlar kommunizmin kapitalizmə göstərdiyi təzyiqlərin məhsuludur. İnsan simalı kommunizm yarana bilmədi, amma SSRİ sayəsində bizdə insan simalı kapitalizm yarandı.
İkinci Dünya müharibəsi və bərpa dövrü: SSRİ nasist Almaniyası üzərində qələbədə fenomenal rol oynadı. Stalinqrad döyüşü blitskriqi dağıtdı və müharibənin gedişini dəyişdi. SSRİ 23,4 milyon insan itirdi – nasist Almaniyasından çox və ABŞ və Britaniyanın birlikdə itidikləri insan sayından 26 dəfə çox. Müharibə sona çatdıqdan sonra Marşal planı qəbul edilmişdi, çünki qərb mütəffiqləri istəmirdilər ki, ölüm, aclıq və Avropadakı xarabalıq qarşısında kommunizm qələbə çalsın. Faktiki olaraq, plan çərçivəsində yardım edilməsinin  şərti kommunistlərin yardım alan ölkələrin parlamentlərindən qovulması idi. Demokratiya bax belə şeydir!

Müstəmləkə əlehinə hərəkatlar: Əgər qərb sənaye kapitalizmi maşını imperializmi dəstəkləyirdisə, SSRİ əksinə, istismar olunan müstəmləkələrin tərəfində idi. O həm azadlıq uğrunda mübarizə aparan ölkələrə, həm də yeni müstəqil dövlətlərə kömək edirdi. Hindistanın əksər azadlıq mücahidlərinin sovetlərə rəğbəti heç vaxt sirr olmayıb – ayağa qalxmağa çalışan bədbəxt ölkə üçün kommunizm ideologiyası təbii ki, gözəl görünürdü.
Elmi kəşflər: Sovet İttifaqı orbitə ilk süni peyki, sonralar isə ilk iti, ilk kişini və ilk qadını göndərmişdi. Televiziya sahəsində bir çox nailiyyətlər də onun xidmətidir. Qısa şəkildə desək, Sovet İttifaqı olmasaydı bizdə Tata Sky olmazdı. Bundan əlavə SSRİ süni orqanların yaradılmasını, ilk vertolyotu, elektrfotoqrafiyanı və olduqca məşhur AK-47 –ni də öz xidmətləri siyahısına qəbul etməlidir.

Ən əsası budur ki, intelektual dürüstlüyümüzü qorumalı və Sovet İttifaqına minnətdar olmalıyıq – heç olmasa indi minnətdar olmalıyıq.

Aanchal Anand

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий