17 мар. 2014 г.

ABŞ maliyyə nazirinin müavini (1981-1982) və Ronald Reyqanın keçmiş köməkçisi Pol Roberts Rusiyaya qarşı amerika sanksiyalarının məqsədi haqda danışır.


-Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə ABŞ nəyə nail olmağa çalışır?
- Amerika sanksiyaları təbliğat xarakterli sanksiyalardır. Hökumət onlardan ölkəni iblisləşdirmək, onları doğru olmayan bir şeyi etmək vəziyyətində qoymaq üçün istifadə edir . Rusiyanı “cəzalandırmaqla” Vaşinqton onu pis vəziyyətdə qoyur : “Baxın görün ruslar nə edirlər! Biz buna qarşı təbdir görəcəyik!”. Bu Rusiya hökumətinə qarşı açıq təbliğat gedişidir: siz ya bizim söylədiklərimizi edəcəksiz, ya da sizin dərsinizi verəcik. Diplomatiya belə olmur, bu imperializmdir.
-Bu sanksiyaların iqtisadi nəticələri necə ola bilər? Moskva xəbərdarlıq edir ki, bugün dünyada hər şey bir-birilə əlaqəlidir və onları təkcə Rusiya deyil, ABŞın özü də, Aİ və digərləri də hiss edəcək..
-Sanksiyalar vasitəsilə Rusiya və digər ölkələr arasında olan ticarəti məhv etmək cəhdi həqiqətən Vaşinqton tərəfindən ehtiyatsız addımdır. Belə tədbirlərin əks təsiri də olacaq, hər şeydən əvvəl amerikalı partyorlar üçün. Misal  üçün, Almaniyanın  Rusiya ilə, energetika da daxil olmaqla, sıx iqtisadi əlaqələri var. Əgər sanksiyaların tətbiqi ilə Berlin  Rusiya enerji resurslarından istifadə edə bilməzsə, bu alman iqtisadiyyatına ciddi ziyan vuracaq.
Ümumilikdə ABŞ-ın indiki fəaliyyəti bütün dünya üçün təhlükəlidir. Bu bilavasitə iqtisadi nəticələr çərçivəsindən çıxır və eyni zamanda bir neçə dövlətin ağır konfrontasiyasına aparıb çıxarır. Bugün sanksiyalar hərbi əməliyyatları əvəz edir.
-Belə vəziyyətdə Rusiya nə edə bilər?
- Rusiya nəhayət ki, amerika maliyyə imperializmindən müdafiə oluna biləcək.Vaşinqton RF-nı “böyük səkkizlikdən”  çıxarmağa çalışacaq, amma əslində “böyük səkkizlikdə” olmaq Moskvanın maraqlarında deyil! Eləcə də ÜTT-yə daxil olmaq – bu Rusiya iqtisadiyyatını təhlükəyə uğradır. Qərb kapitalı onu manipulyasiya edir, rubl xarici valyuta bazarından asılı olur – bütün bunlar digər dövlətlərə ziyan vurmaq üçün Vaşinqtonun istifadə etdiyi texnikadır. Bu Amerika imperializminin əsas silahıdır.
-Moskva bu asılılıqdan necə çıxa bilər?
-Əgər amerika sanksiyaları iqtisadi cəhətdən effektiv olsalar, bu Rusiyanın da iştirak etdiyi BRİKS qrupunun inkişafını surətləndirəcək. Beş ölkədən ibarət bu birlik yer kürəsi əhalisinin yarısını əhatə edir və ABŞ valyuta sisteminin bir hissəsi kimi qalmağa ehtiyac duymur. Bugün Vaşinqton dollar vasitəsilə ödəniş mexanizmlərini və kapital axınını nəzarətində saxlayır. Amma Moskvaya qarşı sanksiyaların tətbiqi digər beynəlxalq ödəniş üsullarının yaranmasını sürətləndirəcək. BRİKS öz valyutasını yarada bilər. Bundan əlavə, qrup bunu etməlidir. Əks halda, Venesuelaya baxın, - dollar sisteminin bir hissəsi olan bolivara hücum etməklə ABŞ artıq orada xaos, etiraz hərəkatı yaradıb.
-Ukraynada baş verən hadisələrdə Vaşinqtonun əlinin olduğunu iddia etmək olarmı?
-Təbii, bütün bunları ABŞ-dan maliyyələşdirdilər. Dövlət katibinin müavini Viktoriya Nuland hələ ötən dekabrda bəyan etmişdi ki, Amerika Ukrayna istiqamətində 5 milyard dollar xərcləyib. ABŞ ora pul vəsaitlərini guya insan haqqları  problemləri və demokratiya məsələləri  ilə məşğul olan QHT-lər  vasitəsilə yönləndirir. Nəticədə isə bu pullarla küçə etirazları təşkil olunur. Məsələn, belə bir dəlil mövcuddur ki, etirazların alovlanması üçün amerika və alman qeyri-hökumət təşkilatları moldavanlara pul verirlər ki, onlar küçələrə çıxsınlar. Bütün bu orkestrə dirijorluq edən isə Vaşinqtondur: həmin söhbətdə Nuland və ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payett dövlət çevrilişini və hətta hakimiyyətə kimin gəlməli olduğunu müzakirə edirdilər.
Bu o demək deyil ki, ukraynalıların real qanuni narazılıqları yoxdur. Amma tamamilə aydındır ki, bütün bunlar planlaşdırılıb ki, Ukrayna gələcəkdə Aİ və NATO-ya daxil olsun. Çünki  ABŞ-ın əsas məqsədi  onun ərazilərində, Rusiya sərhədlərinə  yaxın öz hərbi bazalarını yerləşdirməkdir.
-Bəs, sizin fikrinizcə, Kiyev özü Aİ ilə əlaqədən uda bilərmi?
-Çoxsaylı hesabatlara əsasən, Ai ölkələrində anomal korrupsiya səviyyəsi var. Əgər Ukrayna Aİ-na inteqrasiya etsə, darmadağın ediləcək. Çünki o BVF-ə böyük kreditlər ödəməli  və sərt iqtisadi tədbirlər tətbiq etməli olacaq. Biz isə BVF-in yardım proqramının necə işlədiyini yaxşı bilirik – Yunanıstana, Kiprə, İrlandiyaya baxın. Qərb banklarına borcları qaytarmaq üçün pensiyalar, sosial ödənişlər azaldılacaq. Əgər indi ukraynalılar vəziyyəti pisdirsə, BVF ilə saziş imzaladıqdan sonra hər şey daha da pis olacaq.
Tərcümə Azərbaycan Ekososialistlər



Комментариев нет:

Отправить комментарий