19 мар. 2014 г.

SSRİ yenilənmiş şəkildə qayıdacaq

SSRİ-nin “rəqabətsiz sistem” olması uydurmadır – xüsusi olaraq hər uyğun imkan düşəndə mübahisədə fırlatmaq və dünya tarixində SSRİ-nin real rolu barəsində düşünməmək üçün yaradılmış küt möhürdür. Möhür sakinlərin beyinlərinin yuyulması üçün lazımdır. Həqiqətə bənzər möhür yaratdılar, sakin isə bu tələdəki yemi uddu, çünki, özü səbəbləri araşdırmağa və beynini işlətməyə tənbəllik edir. Başqasının qəşəng yalanlar yayan ağlı ilə düşünmək, başqasının iradəsi ilə köləyə çevrilməkdir.
SSRİ təyinatına görə rəqabətsiz sistem ola bilməz, çünki, bu insan cəmiyyətidir. Əgər insanın təkamülü  düşüncənin təkamülüdürsə, onda SSRİ uğursuz eksperiment deyil, insan təkamülünün insanın insana dost,yoldaş və qardaş olduğu cəmiyyətdə yeni qarşılıqlı əlaqələr sisteminin qurulması ilə özünü təkmilləşdirmək yolunda atılmış sınaq addımıdır. Və bu mənada insanın insana canavar olduğu bir cəmiyyətlə rəqabət aparmaq əlbəttə ki, çətindir.
Kapitalizm təyinatına görə maddi dəyərlər yaratmağa bacarıqlı deyil. Çünki, maddi dəyərləri yaradan insani dəyərlərə əməl edə bilmir.
Kapitalizm yalnız yad dəyərləri parçalaya və mənimsəyə bilər,çünki, o parazitdir. Parazit özü heç nə yaratmır, yalnız başqa enerjiylə qidalanır.
SSRİ-də də belə oldu: elita mənəvi cəhətdən deqradasiyaya uğradı – cəmiyyətin elita üzərində nəzarəti itirməsi nəticəsində cəmiyyətin maraqları ilə yaşamağa son qoydu. Və özünün nüfuzlu statusunun möhkəmlənməsi üçün elita sistemi sosial sistemdən a-sosial sistemə dəyişdi. Bunun üçün mülkiyyət formasının ictimai mülkiyyətdən xüsusi mülkiyyətə dəyişməsi lazım idi. Bu da özgəninkiləşdirməyə - bütün xalq tərəfindən yaradılan maddi dəyərlərin bir qrup insan tərəfindən əldə edilməsinə imkan yaratdı. Cəmiyyət isə nəticədə təkamül keçmişinə doğru addım atdı.
Əldə edilənləri ölkədən çıxarmaq üçün, onu dollarla qiymətləndirmək lazım idi ki, buna görə də ölkənin maliyyə  sistemini dollara bağladılar. Beləliklə, sovet xalqı tərəfindən yaradılan bütün maddi dəyərlər dollar ekvivalentinə malik oldu və onları Qərbə aparmaq mümkün oldu.
Daha sonra, 20 il ərzində ictimai mülkiyyətdən xüsusi mülkiyyətə çevrilən yüz milyardlarla dollarların qərb banklarına illik daşınması Qərbi iyirmi illik iqtisadi artım üçün maddi baza ilə təmin etdi: sonu görünməyən pullar qərb banklarını dolduranda,bu pulları hesab ekvivalenti ilə təmin etmək və onları kredit formasında iqtisadiyyatda dövriyyəyə buraxmaq üçün ABŞ-da çap maşınını işə saldılar. Qərbin çiçəklənməsinin sirri də budur – başqalarının maddi dəyərlərini düşünülmüş maxinasiyalar vasitəsilə əldə etmək.

Ona görə də bugün, insanlığın kapitalizmdən - a-sosial sistemdən başqa maddi dəyərlər yaradan  alternativi qalmadığından yenilənmiş SSRİ-yə qayıtmaq qaçılmazdır. Əgər bu baş verməzsə, bütün insanlıq üçün fəlakət qaçılmaz olacaq.

Tərcümə Azərbaycan Ekososialistləri

Комментариев нет:

Отправить комментарий