19 мар. 2014 г.


Özünü "Krım tatarlarının lideri" kimi təqdim edən və antirusiya mətbuatı tərəfindən də elə o cür təqdim edilən Mustafa Cemilev əslində krım tatarlarının bir qisminin, daha dəqiq 15-20 % lideridir. Özüdə onu "krım tatarlarının lideri" kimi sevinərək təqdim edən azərbaycanlılar Heydər Əliyevin ümummilli liderliyinə bütün günü ilişən kəsimdir. Heydər Əliyev daha çox ümummilli liderdir, nəinki Mustafa Cemilev krım tatarlarının lideri. Bu Mustafa bəy Türkiyə və Azərbaycan hökumətlərindən baş verən proseslərə müdaxilə etmələrini istəyən həmin o provokatordu. Bu azmış kimi, NATO-ya müraciət edib, NATO qoşunlarının Krıma gəlməsini istəyib. Və bununla da iç üzünü göstərdi. Və beləliklə Rusiyanın nə qədər düzgün addım atdığını təsdiqlədi. Ukraynanın qeyri-legitim banderaçı hökuməti NATO bazalarının ölkədə yerləşdiriləcəyini gizlətmirdi. (Əbülfəz Əliyev və onun şinelindən çıxmışlar kimi.) Rusiya NATO-nun öz sərhədlərinə qədər genişlənməsinə izn verə bilməz. İndi atdığı addımı "Ukraynada rusların və rusdillilərin təhlükəsizliyini qorumaq"la əsaslandırır - bu ayrı. Ki, doğrudan da belə bir təhlükə var. Hətta təkcə rus və rusdillilərə deyil, bütün banderaçı olmayanlara. Rusiyanın bu arqumentini qəbul etməyənlər zəhmət çəkib bir yaxın tarixə baxsınlar, tərəfini saxladıqları ABŞ-ın İraqa "atom bombası axtarırıq", Əfqanistana "Usamanı axtarırıq" bəhanələrilə girməsini yada salsınlar. İndi nə deyirsiz, Putin Krımda atom bombası və yaxud hansısa çeçen terroristi axtarsaydı, onun demokratlığını qəbul edəcəkdiniz?
Üstəlik, Rusiyanın onsuz da Krımda hərbi bazası var və Ukrayna Rusiyanın sərhədindədir. (ABŞ öz sərhədlərindən on minlərlə km uzaqda , həm də heç bir həyati olmayan məsələlərə görə işğalçılıq edir, yerli əhaliyə də qan uddurur. Təkcə İraqda bir milyondan çox insanın öldürülməsi çox şeydən deyir.)

Azərbaycanın amerikançıları və avrointeqrantları qorxu yayırlar, paranoya içindədilər, ona görə Krımda keçirilən referendumu Qarabağla müqayisə edirlər. Azərbaycan və onun Qarabağ problemi olsa da, olmasa da - Rusiya bu addımı atacaqdı. Həmdə artıq Kosovo presedenti var. Krım presedentiylə məsələ qəlizləşmir. O başqa məsələdir ki, bu adamlar öz tarixi səhvlərini və son dərəcə yanlış siyasi kurslarını örtbas, öz paranoidal rusofobluğunu və rusiyafobluğunu əsaslandırmaq üçün vəziyyətdən bu cür çıxırlar. Bəli, Rusiya imkanı olduqca NATO-nu öz sərhədlərinə buraxmayacaq. Bu qeosiyasi reallığı qanmayan adamlar xalqına böyük zərər verir və onların arxasıyca gedən vətəndaşlar da bu zərərə şərikdilər. Özlərini "vətənpərvər", azadlıqsevər filan kimi təqdim etməklə deyil... (NATO-yla, BVF-lə bunlar hansı azadlığın izindədilər - bu da ayrı mövzu.) Bir gün mütləq xalq ona kimin düz yol göstərdiyini anlayacaq. Anlamayacaqsa, şikayət etməyə də haqqı qalmayacaq. Özü yıxılan ağlamaz.

Комментариев нет:

Отправить комментарий