20 нояб. 2016 г.

Dünən "milli dirçəliş günü" idi. Telekanallara və digər KİV-lərə çıxışı olan heç bir ziyalı və intellektual sual vermədi: dirçələn hansı millətdir?
17 noyabr 1988-ci ildə Bakıda Lenin meydanına çıxaraq xalqımız Qorbaçovun Qarabağ siyasətinə, qızışan erməni-azərbaycanlı münaqişəsinə olan ədalətsiz münasibətinə etiraza başladı. O günü "milli dirçəliş günü" elan etdilər. Burjua ideoloqlarına xas hiyləgərlik və həyasızlıq.
Xalq meydana doluşanda nə SSRİ-nin dağılmasını, nə sosializmin ləğvini, nə də kapitalizmin bərpasını istəyirdi. Xalqı buna sonradan yönəltdilər. Kim yönəltdi? Qərbə işləyən psevdokommunist Qorbaçov və komandası, DTK-nın antisovet qanadının, Qərbin, Türkiyənin və İranın xüsusi xidmət orqanlarının istifadə etdiyi Heydər Əliyev, Nemət Pənahov, Xəlil Rza, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, İsa Qəmbər, Əbülfəz Əliyev və s....
Azərbaycan xalqı meydana çıxıb iş istəmirdi - işi vardı, ev istəmirdi - evi vardı, dolanışacaq istəmirdi - yaxşı dolanırdı, pulsuz təhsil və səhiyyə istəmirdi - vardı, pulsuz istirahət istəmirdi - vardı.... Bəs nə istəyirdi? Sadəcə söz və əməl azadlığı verilmiş daşnakların Qarabağa iddiasından əl çəkməsini. Qorbaçov bu problemi həll edə bilərdi, amma etmədi, çünki məqsədi SSRİ-ni dağıtmaq idi və erməni-azərbaycanlı düşmənçiliyi bu işdə böyük rol oynamalıydı.
Yanı xalq heç bir "dirçəliş" tələb etmirdi. Xalqı sovet sosializmi onsuz da necə lazımdı dirçəltmişdi.
Bu videoda gördüyünüz nənə dirçəlib?
Kim dirçəldi? Dirçələn qrupun adı var - burjuaziya, kapitalist sinifi. Xalq isə boynunu büküb, qorxular içində keçinir, haradansa bir möcüzə gözləyir ki, yenidən dirçəlsin. Xalq onu dirçəldəcək möcüzə gözləyir, onun əvəzinə isə kapitalist elita, ona xidmət edən intellektual tulalar, yoldaş Leninin haqlarında "dermo" dediyi ziyalılar, fb-daki qlamur sinif "milli dirçəliş günü" qeyd edirlər.
17 noyabr həm də Bakının Britaniya tərəfindən işğalı günüdür. 1918-ci ildə general Tomson və Britaniya əsgərləri Bakıya girdilər. Onları, yanı işğalçıları musavat hökuməti təmtəraqla qarşıladı... Qarşılama mərasimində İngiltərə, ABŞ, Fransa, İtaliya bayraqları arasında Azərbaycan bayrağı da vardı. Bunu görən general Tomson təhqiramiz şəkildə üçrəngli bayrağın endirilməsini tələb edir.
Bəli, tarix təkrar olundu, 17 noyabr 1918-ci ildə Britaniya işğalçılarını "mən azadam, mən müstəqiləm" deyərək qarşılayan musavatçıların nəvələri həmin günü sonradan yenə "azadlıq, müstəqillik" deyərək xalqımızı Qərbə kölə etdilər və "milli dirçəliş günü" uydurdular.
Yeri düşmüşkən, Britaniya işğalı altında olanda həftədə cəmi iki dəfə, əldəqayırma parlamentin iclasları keçiriləndə, üçrəngli bayrağı qaldırmaq olardı. Tomson qadağan etmişdi bayrağın qaldırılmasını. Buna musavatçı psevdotarixçi, Almaniyada nasistlərin tərəfində vuruşmuş musavatçıların məzarlarını tapan, onlara hörmət edən, hörmət edilmməsinin vacibliyini təbliğ edən Nəsiman Yaqublu haqq qazandırmaq üçün görün hansı yalana əl atır... Deyir ki, Bakıda 300 min erməni, bir o qədər rus vardı, onlar üçrəngli bayrağın qaldırılmasını istəmirdilər, Tomson onların istəyini nəzərə alaraq Azərbaycan Respublikasının (AR, ADR deyil, "ADR" musavatçıların uydurmalarından biridir) bayrağının qaldırılmasına qadağa qoymuşdu... Yanı bir elm adamı, bir ziyalı bu qədər mi həyasız, bambılı, özünə hörmət etməyən olar?
Elə bir rəzil vəziyyətdədilər ki, uydurduqları yalan belə onları bu vəziyyətdən çıxara bilmir. Hər şeyi qoyaq kənara, adi bir sual verək: Məmməd Əmin bəyin, musavat hökumətinin, azərbaycanlıların Tomsonun yanında hörməti ümumiyyətlə olmayıb ki, erməni və rus diasporaların istəyini yerinə yetirib?
Əlbətdə ki, Tomson nə erməni, nə rus istəyi vecinə alırdı. Tomson sadəcə AR-i müstəqil ölkə kimi tanımırdı, görmürdü, qəbul etmirdi - bütün məsələ bu. Çünki Bakı və əraziləri hələ müəyyən edilmməyən, tanınmayan Azərbaycan Britaniya imperiyasının müstəmləkəsi idi. Rəsmən. Dünya gücləri belə bölgü aparmışdılar. Soxa-soxda ucuz bəhanələrdən yapışaraq ruslara qarşı təbliğat aparan adama Nəsiman Yaqublu deyilir. Elə deyir ki, sanki azərbaycan xalqı həmin o üçrəngli bayraq üçün sevinirdi...
İndi adi bir araşdırma aparaq. Bakı əhalisinin 1918-ci ilə dair sayı haqda məlumat tapmadım. Musavat hökuməti yəqin əhalinin sayını, tərkibini belə araşdırmayıb, qeydiyyat aparmayıb. Amma çar Rusiyası 1913-cü ildə aparıb. Həmin qeydiyyata görə 1913-cü ildə Bakıda 76 min rus (rus deyəndə həmdə belorus, ukraynalı, hələ bəlkə də polyak filan da nəzərdə tutulub), 46 min türk (35,5 %, ), 41 min erməni (19,4 %) yaşayıb.
İndi rusların və ermənilərin 1918-ci ildəki sayını necə öyrənə bilərik? Çox sadə. 20-ci əsrin əvvəlində də qeydiyyat aparılıb və Bakıda 76 min rus və 42 min erməni olub. Yanı 1913-cü ildə rus sayı eyni olub, erməni isə azalıb...
1926-cı ildə Şura hökumətinin apardığı dəqiq siyahıya almanın nəticələri belədir: Bakıda cəmi 453 min sakin olub. Cəmi! Cəmi 453 min. Musavatçı tarixçi də deyir ki, 300 min erməni olub və 300 min rus olub.
1926-cı ildə Bakıda 159 min rus, 119 min azərbaycanlı, 76 min erməni olub.
Rəqəmləri yuvarlaq yazdım. Azsaylı xalqların və etnosların sayını qeyd etmədim, mövzuya dəxli yoxdur.
Beləliklə, 1913-cü ildə ermənillərin sayı 41 min, 1926-cı ildə 76 min olubsa, və nəzərə alanda ki, 20-ci əsrin əvvəlindən 1913-cü ilə qədər ermənilərdə elə də artım olmayıb, 1918-ci ildə ermənilərin sayı heç cür 300 min ola bilməzdi, heç 50 min də ola bilməzdi. Rusların da sayı heç 100 min ola bilməzdi. Bəs musavatçı tarixçini bu boyda yalan danışmağa nə vadar edir?
300 min erməninin və 300 min rusun yaşadığı Bakını Tomson necə cəmi min nəfərlik qoşunla işğal edir? Osmanlı necə işğal edir? Bir tarixçi, "hörmətli professor" bu miqyasda yalan danışar?!
Musavat hökuməti və şəxsən Məmməd Əmin bəy xarici qüvvələrin əlində kukla olublar, Azərbaycan Respublikası da kağız üzərində olub, heç bir müstəqilliyi və azadlığı olmayıb, musavat hökumətinin bayrağını belə qaldırmağa icazə verməyib... Bakının ağası Tomson. İndi bütün bu faktlara bir don geydirmək lazımdır. Ona görə bütün nifrət, kin, etiraz istiqamətlənməlidir rusların və ermənilərin tərəfinə. Onları Bakıda böyük bir güc kimi göstərmək lazımdır, elə bir böyüklüyündə ki, general Tomsonun belə hesablaşdığı güc olsun... Ona görə rusların və ermənilərin sayını dəfələrlə artırıb deyir... Beləliklə, günah keçisi ruslar və ermənilər olur, "Azərbaycan müstəqil filan olmayıb, Britaniyanın müstəmləkəsi olub" fikri də kölgədə qalır. Bir gülləylə iki quşu vurmuş olur: "rus, fars, erməni - hamısı türkün düşməni".... Türk də kim - tat Məmməd Əmin... Rus mühəndislər də Bakı neft sektorunun yüküün çəkən adamlar.... Musavat hökumətində çalışaraq daşnaklar tərəfindən öldürülmüş azərbaycanlıları siyahılaşdıran rus mütəxəssislər... 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində nə qədər tanınmış azərbaycanlı ziyalı varsa, hamısının müəllimi rus Aleksey Çernyayevskiy olub.... Musavat hökumətinin təşkil etdiyi Bakı universitetinin ilk rektoru rus Razumovskiy...
Bakıda yaşayan rus elita bolşeviklərə qarşı idilər, musavatın bayrağı ilə heç bir problemləri yox idi... Rus fəhlələr isə Tomsona necə təsir edə bilərdilər? Axı bu çox gülüncdür! Tomson nə rus, nə azərbaycanlı fəhləsini adam yerinə qoymayıb.
Azərbaycan xalqının düşməni Nəsiman yaqublu kimi saxta elm adamlarıdır, yalançı tarixçilərdi... Azərbaycan xalqının düşməni həmin bu üçrəngli bayrağın ideologiyasını daşıyanlardı. Videoda gördüyünüz bu nənənin həyatını cəhənnəmə döndərən onlardır. Xalq isə bu nənədir.
Sovet sosializmi qalsaydı, rahatca 70-100 rubl təqaüd alacaqdı və bu məbləğ onun rahat həyatını təmin edəcəkdi, hələ tələbə nəvələrinin cibinə pul da qoyacaqdı..
#noyabr17 #milli #dirçəliş #Yaqublu #Tomson

Комментариев нет:

Отправить комментарий