1 июл. 2019 г.

Sosializmdə bərabərlik anlayışı haqqında


Görünür bu insanlar düşünürlər ki, sosializm cəmiyyət üzvlərinin tələbatlarının və şəxsi güzəranının bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb edir. Belə fərziyyənin marksizmlə, leninizmlə heç bir əlaqəsi olmadığını söyləməyə ehtiyac yoxdur.
Bərabərlik adı altında marksizm şəxsi istehlak və güzəran sahəsindəki bərabərliyi başa düşmür, siniflərin məhvini, bununla da a) kapitalistlər devrildikdən və mülkiyyətdən məhrum edildikdən sonra bütün zəhmətkeşlərin istismardan bərabər azad olmalarını, b) cəmiyyətin mülkiyyətinə verildikdən sonra bütün istehsal vasitələri üzərində xüsusi mülkiyyətin bərabər ləğvini, v) hər kəsin öz bacarığına görə işləmək tələbinin və bütün zəhmətkeşlərin öz əməyinə görə mükafatlandırılmaq hüqununun bərabərliyini (sosializm cəmiyyəti), q) hər kəsin öz bacarığına görə bərabər işləmək vəzifəsini və bütün zəhmətkeşlərin öz tələbatlarına görə bərabər mükafalandırılmaq hüququnu (kommunizm cəmiyyəti) başa düşür. Əlavə olaraq marksizm buna əsaslanır ki, insanların zövqü və tələbatları nə sosializm dövründə, nə də kommunizm dövründə keyfiyyətcə və ya kəmiyyətcə eyni olmur və eyni ola da bilməz.
Bu da sizə marksizmdə bərabərlik anlayışı.
Hər hansı başqa  bərabərliyi marksizm tanımayıb və tanımır.
Buradan sosializmin cəmiyyət üzvlərinin tələbatlarının, onların zövqlərinin və şəxsi güzəranının bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb etməsi, marksistlərin planına görə hamı eyni kostyumda gəzməlidir və eyni miqdarda, eyni yemək yeməlidir nəticəsinə gəlmək boş-boş danışmaq və marksizmə böhtan atmaq deməkdir.
Anlamaq lazımdır ki, marksizm belə bərabərçiliyin düşmənidir. Hələ Kommunist Partiyasının Manifestində Marks və Engels primitiv utopik sosializmi “ümumi asketizm və kobud bərabərlik” haqda moizələrinə görə mürtəce adlandıraraq onu tənqid edirdilər. Engels özünün Anti Dürinq-də Dürinqin marksist sosializmə qarşı zidd olaraq irəli sürdüyü “radikal bərabərlikçi sosializm”in tənqidinə tam bir fəsil həsr etmişdi.
Proletar bərabərlik tələbinin əsl məzmunu,- Engels deyirdi,-siniflərin məhv edilməsi tələbinə aparıb çıxarır. Bundan o yana istənilən bərabərlik tələbi mütləq cəfəngiyyata aparır.”
Lenin də eyni şeyi deyirdi:
 “Siniflərin məhvindən başqa bərabərlik anlayışı ən axmaq və mənasız zehniyyətdir – yazarkən Engels min dəfə haqlı idi. Burjua professorları bərabərlik anlayışına görə bizi bunda ifşa etməyə çalışırdılar ki, guya biz bir insanı digəri ilə bərabər etmək istəyirik. Onlar özlərinin fikirləşdikləri bu  cəfəngiyyatda sosialistləri ittiham etməyə çalışırdılar.Amma onlar cahilliklərindən bilmirdilər ki, sosialistlər – məhz  müasir, elmi sosializmin baniləri Marks və Engels – deyirdilər: bərabərlik adı altında siniflərin məhvi anlaşılmırsa, bərabərlik boş sözdür. Biz sinifləri məhv etmək istəyirik, bu cəhətdən biz bərabərlik tərəfdarıyıq. Amma bütün insanları bir-birinə bərabər etmək iddiasında olmaq ən mənasız cümlə və inteliqensiyanın axmaq uydumasıdır”  (Leninin “Xalqın azadlıq və bərabərlik şüarları ilə aldadılması haqda” nitqindən) .
Məncə aydındır.
Burjua yazıçıları marksizm sosializmini həvəslə köhnə çar kazarması kimi təsvir edirlər, harada ki, hər şey bərabərçilik prinsipinə tabedir. Amma marksistlər burjua yazıçılarının cahilliyinə və kütlüynə cavabdeh ola bilməzlər.
Marksizm sosializmi və kənd təsərrüfatı kommunalarının bərbərlik tendensiyalarına olan maraqları barəsində partiyanın ayrı-ayrı üzvlərinin baxışlarında olan bu dolaşıqlıq şübhəsiz ki, bizim solçu yekəbaşların – o kəslər ki, bir vaxtlar kənd təsərrüfatı kommunalarının ideallaşdırılmasında ora qədər gedib çıxmışdılar ki, onlar kommunaları hətta zavod və fabriklərdə də tətbiq etməyə çalışırdılar, öz peşəsi üzrə çalışan ixtisaslı və istisassız işçilər öz əmək haqqlarını ümumi  kotyola verməli və daha sonra onu bərabər bölməli idilər - kiçik burjua baxışları ilə ikiyə bölünmüş alma qədər oxşardır. “Solçu” yekəbaşların uşaqcasına bərabərlikçi məşqlərinin bizim sənayeyə vurduğu ziyan məlumdur.
Gördüyünüz kimi parçalanmış partiya əlehinə olan qrupların ideologiyasının qalıqları olduqca böyük yaşamaq qabiliyyətinə malikdirlər.
Aydındır ki, əgər bu solçu baxışlar partiyada qalib gəlsəydi partiya marksist olmazdı, kolxoz hərəkatı isə nəhayətində pozulardı.

И.В. Сталин. Отчетный доклад XVII съезду партии о работе ЦК ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13. Государственное издательство политической литературы. Москва, 1951. С. 354-357.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий