6 июл. 2019 г.

Sosializmdə yoxsulluq anlayışı haqqında


Yoxsulluq olmadan guya nə bolşevizim işlərinin, nə sosializmin mümkün olmamasına gəldikdə, bu elə bir ağılsızlıqdır ki, onun haqda danışmaq belə çətindir. Leninçilər o zaman yoxsulluğa istinad edirlər ki, kapitalizm elementləri və kapitalistlərin istismar etdiyi yoxsulluq mövcuddur.

Amma kapitalizmin elementləri aradan qaldırıldıqdan, yoxsulluq isə istismardan azad olunduqdan sonra leninçilərin işi ilkin mövcudluq şərtləri artıq məhv edilmiş yoxsulluq və kasıbçılığı möhkəmləndirmək və qoruyub saxlamaqdan ibarət deyil, ondan ibarətdir ki, yoxsulluğu aradan qaldırsın və kasıbçılığı varlı həyat səviyyəsinə qaldırsın. Sosializmin yoxsulluq və ehtiyac təməli, şəxsi istehlakın azaldılması və insanların həyat şəraitinin yoxsul həyat şəraiti, hansı ki, daha yoxsul kimi qalmaq istəmir və varlı həyata doğru yuxarı qalxır, səviyyəsinə endiriliməsi təməli üzərində qurula biləcəyini düşünmək axmaqlıq olardı. Kimə belə, icazə versəniz, sosializm lazımdır? Bu sosializm olmazdı, sosializmin karikaturası olardı. Sosializm yalnız cəmiyyətin istehsal qüvvələrinin güclü inkişafı əsasında, əmtəə və məhsulların bolluğu əsasında, zəhmətkeşlərin varlı həyatı əsasında, mədəniliyin coşğun inkişafı əsasında qurula bilər. Çünki, sosializm, marksist sosializm şəxsi istehlakın azaldılması demək deyil, onların hər cür genişləndirilməsi və inkişafı, bu tələbatların ödənilməsinin ixtisarı və ya onlardan imtina edilməsi yox, mədəni zəhmətkeş insanların bütün tələbatlarının hər cür və tamamilə ödənilməsi deməkdir.

Şübhəsiz ki, ayrı-ayrı partiya üzvlərinin yoxsulluq və varlılıq barəsindəki baxışlarında olan bu qarışıqlıq yoxsulluğu bütün və hər bir şərtlərlə bolşevizmin əzəli dayağı kimi ideallaşdıran və kolxozlara qızğın sinfi mübarizə meydanı kimi baxan solçu qanmazlarımızın baxışlarının əksidir.

Gördüyünüz kimi, bu məsələdə də, parçalanmış partiya əlehinə olan qrupların ideologiyasının qalıqları hələ də yaşamaq qabilliyətini itirmir.

Aydındır ki, əgər bizim partiyada oxşar qanmaz baxışlar qələbə çalsaydı kolxozlar son iki ildə əldə etdikləri uğurları qazana bilməzdilər və qısa müddətdə dağılardılar.



И.В. Сталин. Отчетный доклад XVII съезду партии о работе ЦК ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13. Государственное издательство политической литературы. Москва, 1951. С. 359-360.

Комментариев нет:

Отправить комментарий