18 мая 2020 г.

“Bizim neftimiz olmasaydı… “


На изображении может находиться: поезд и на улице 
Böyük Vətən müharibəsində Avrasiyanın birləşmiş faşistləri üzərində çalınmış Qələbənin 75 illiyini qeyd edilməsi çərçivəsində daha bir yazım. Uzundur, 2 hissədə paylaşıram.
“Nöötümüz olmasaydı”
(1-ci hissə)
Azərbaycanda fikir sahibliyinə iddialı olanların 99 faizinin bir-birindən eşidib təkrar etdiyi fikir – “bizim nöötümüz olmasaydı, SSRİ müharibədə qalib gələ bilməzdi”.
İlk baxışdan məsum, qəbul edilməsi mütləq olan həqiqət. Amma ilk baxışdan. Bu fikiri quraşdırıb sadəlövh, analitik imkanları zəif olan insanlarımızın beyninə yeridənlərin niyyəti bəllidir. Onlar on illərdir hər vəclə SSRİ-nin misilsiz Zəfərinə kölgə salmaq istəyirlər və təəssüflər olsun ki, istəklərinə nail də olublar.
“Nöötüümz olmasaydı”, “ABŞ-ın köməyi olmasaydı” və s. bənzər “olmasaydı”ların arxasında duran niyyət insanlarda “SSRİ bekara dövlət idi, əlindən heç nə gəlmirdi, SSRİ-ni öz sovet vətəndaşları daxil heç kim sevmirdi, SSRİ-nin müharibədə qalib gəlməsi mümkün deyildi, o qələbəni mümkün edən amillər arasında nə sovet sosialist sisteminin üstünlüyü, nə sovet sosialist iqtisadiyyatının gücü, nə sovet insanlarının öz vətəni SSRİ-yə olan sevgisi, nə Kommunist partiyanın avanqardlığı, nə də Stalin kimi rəhbərin ali baş komandan olması var” təəssuratı formalaşdırmaqdır.… Əsas amillər ABŞ-ın yardımları və bizim nöötümüz… ABŞ-da burjua KİV-lər və sağçı-liberal ziyalılar əhalini inandırıblar ki, müharibəni ABŞ udub, bizdə isə Azərbaycanı da əlavə ediblər: müharibəni SSRİ deyil – ABŞ və Azərbaycan (nöötü) udub.
Əlbətdə, bizin neftimiz Qələbədə mühüm rol oynadı – bu faktı Rusiyanın bütün kommunistləri və tarixə elmi yanaşan ziyalıları qəbul və azərbaycan xalqına Qələbəyə verdiyi bütün töhfələr üçün (təkcə neftə görə deyil) minnətdarlıq edirlər... Qəbul və qeyd etməyən varsa – Rusiyanın sağçıları və liberalları, yəni Rusiya “musavatçıları”, bizim “nöötümüz olmasaydı”da ilişib qalan bizim musavatçıların ideoloji qardaşlarıdır. (Onlar da elə bizim musavatçılar kimi Hitlerin tərəfində olublar, Azərbaycana neftinə görə təşəkkür etmək fikrində deyillər. Onların da içindəki budur: kaşki SSRİ neftsiz qalardı, məğlub olardı, indi Bavariya pivəsi içirdik…)
Amma eyni vaxtda Rusiya kommunistləri çox haqlı olaraq, misal üçün, bunu da qeyd edirlər: Qazaxstanın nikeli, xromu, tank zirehi üçün vacib olan xam malı olmasaydı….
Doğrudan da, bizim neft cibləri doldurulmurdu ki! Neftdən hazırlanmış benzin, sürtkü yağları və s. məhsullar hərbi texnikaya sərf edilirdi. Həmin hərbi texnikanı – tankları, təyyarələri, yük və sərnişin maşınlarını və s. – yaratmış alimlər, mühəndislər, istehsal etmiş işçilər vardı, hamısı da müxtəlif sovet xalqlarının, daha çox rus xalqının övladları idi. Tank olmayandan sonra nöötümüz nəyə yarayardı? Təkcə nöyütlə müharibə aparılmır. Onda gərək qazaxlar da “bizim nikelimiz, xromumuz olmasaydı, tank olmazdı…”.. Ki, qazax millətçiləri də elə bu cür də deyər… SSRİ yaranana qədər, hətta SSRİ vaxtı özü haqda saxta tarix yaradan bir erməni xalqı vardı, SSRİ dağıldıqdan sonra bütün keçmiş sovet xalqları eyni “erməni işi” ilə məşğuldur.
Hər bir sovet xalqı Qələbəyə öz unikal töhfəsini verib, indi hər bir postsovet xalqın millətçiləri “bizim filan şeyimiz olmasaydı” deyir… Halbuki bütün sovet xalqlarının töhfəsinin vəhdətindən Qələbə doğuldu.
Məgər bizim taxılımızın əhəmiyyəti az idi? SSRİ-nin əsas taxıl sahələri işğalçıların nəzarətində olduğu müddətdə bizim taxılımızın əhəmiyyəti də artmışdı. Yoxsa Orta Asiya xalqlarının cəbhə bölgəsindən, işğal zonasından evakuasiya edilmiş milyonlarla uşağı, qocanı, qadını qonaq saxlaması az əhəmiyyətli idi?
O Qələbə üçün edilmiş hər bir şeyin əhəmiyyəti var idi və haradasa eyni dərəcədə mühüm idi.
Kommunistlərin ən qaynar nöqtələrdə ön cərgələrdə vuruşması, sovet rəhbərlərinin hamısının övladlarının döyüşməsi az əhəmiyyətli idi?
Bu “bizim nöyüt” ifadəsi ümumiyyətlə hardan çıxmışdı, nədən əmələ gəlmişdi?
Sovet sosializminə qədər bizim – azərbaycan xalqının – nefti vardı? Xeyr, yox idi. Abşeron neftinin sahibi bir neçə xarici və yerli kapitalist idi. 20-ci əsrin əvvəlində həmin neft sahibləri arasında azərbaycanlı demək olar ki qalmamışdı. Hardan “bizim neftimiz” idi? O vaxtı heç bir azərbaycanlının ağlına “bizim nöötümüz” ifadəsi gəlmirdi. Heç bir azərbaycanlı cürət edib Musa Nağıyevin və Zeynalabdin Tağıyevin qarşısına çıxıb “bizim nöötümüz” deməzdi, deyə bilməzdi, heç fantaziyasına da gətirməzdi.
1918-1920-ci musavatçı illərdə də azərbaycan xalqının nefti olmayıb. köhnə qaydada bir neçə kapitalistin olub, üstəlik Osmanlı, Almaniya, Britaniya daşıyıb aparıb. Azərbaycan xalqının sovet hökumətinə qədər sərəncamında “neft” adında heç nə olmayıb.
Sovet hökuməti nefti milliləşdirdi, xalqın malı etdi.. Ondan sonra “bizim neftimiz” anlayışı yarandı. Sovet sosializmi olmasaydı SOCAR adında dövlət neft şirkəti olmayacaqdı.
Bu mənzərəni yaxşı təsəvvür etmək üçün bu günkü, kapitalist Azərbaycanda gözünüzü yumun və “bizim meşəmiz” deməyə cəhd edin. Deyə bilərsiz? Məncə heç kimin içindən bu ifadə gəlməyəcək. Hər kəs bilir ki, “bizim meşəmiz” deyilən bir anlayış yoxdur, meşələri bir neçə məmur-oliqarx parçalayıb öz şəxsi mülkiyyətinə çevirib. Yayda hansısa ağacın kölgəsində tötüşünü əyləşdirmək üçün gərək kiməsə pul verəsən. Hələ - diqqət edin – sovet vaxtından qalmış müəyyən qanunlar, qaydalar öz qüvvəsini itirməyib və qanunla meşələr ictimai məkan sayılır.
Xülasə, “bizim nöötümüz”ün yaradıcısı sovet hökumətidir – Atatürkə də nöötümüzü havayı verən sovet hökuməti. Nə Osmanlının kimdənsə icazə almadan daşıyıb apardığı neft üçün, nə də Nərimanovun Atatürkə bağışladığı yanacaq üçün “türklər neftimizi daşıyıb apardı” deməyən adamlar SSRİ vaxtı haqda “ruslar nöötümüzü daşıyıb apardı” deməyi özlərinə borc bilirlər. Ki, türklər həqiqətən əvəzsiz, havayı aparıb, sovet vaxtı isə aparılan neft məhsullarının əvəzinə digər sovet respublikalarından da Azərbaycana ekvivalent olaraq nə isə mütləq gətirlib. Yəni, əvəzli, ödənişli olub.
“Bizim nöötü” Qızıl orduya verən azərbaycan xalqını təmsil edən azərbaycan neftçiləri, azərbaycan işçiləri olub. bunun da “nöötümüz olmasaydı” deyən, xan-bəy rejimi, kapitalizm tərəfdarı musavatçılara nə aidiyyatı var?! Musavatçılara qalsaydı, heç vaxt neft milliləşməyəcəkdi, “bizim nöötümüz” anlayışı yaranmayacaqdı.
(ardı var)
Akşin Sultanov

Комментариев нет:

Отправить комментарий