11 дек. 2012 г.

Təbiət son nəfəsini verir

Təbiət son nəfəsini verir

UEYN ELLVUD

Çarlz Darvin misilsiz alim idi - son dərəcə dəqiq və hər şeylə maraqlanan. İyirmi il ərzində o öz tədqiqatlarının məlumatlarını diqqətlə təhlil etdi, mətni cilaladı və yalnız 1859-cu ilin noyabrında insanların özünə və onları əhatə edən canlı təbiət dünyasına baxışını dəyişmiş "Təbii seçmə yolu ilə növlərin mənşəyi..." adlı öz inqilabçı əməyini dərc etdi.

Bu gün əksəriyyətimiz müasir təkamül biologiyasının əsasının əsası olan təbii seçmə nəzəriyyəsiylə tanışıq, amma 150 il əvvəl Darvinə küləyə qarşı getmək lazım olmuşdu. Anqlikan Kilsəsi Darvinin nəzəriyyəsini dünyanın və insanın yaranması haqda incil doktrinasıyla uyuşmaz qəbul edərək ona sərt qadağa qoydu.

Cəmiyyət ona gülürdü. Qaynar ictimai mübahisələr gedirdi. Amma Darvin sarsılmaz idi. Bu gün onun bütün heyvanların və bitkilərin təbii seçmə nəticəsndə inkişaf etməsi və şəraitə uyğunlaşması haqda əsas ideyası müasir elmlərin əsasını formalaşdırır. O yeni dünyaya qapı açdı - qapı, hansını ki, dini fundamentalistlər və "intellektual dizayn" tərəfdarları əvvəlki kimi bağlamağa çalışırlar.

Vaxtilə Darvinin apardığı uzun müddətli mübarizənin həyəcanlı əks-sədaları bu gün də eşidilir. Biz də həmçinin tənqidi düşüncəni tamamən sındırmazdan əvvəl onu küncə sıxan yanlış illüziyaların tələsinə düşmüşük. Bundan əlavə, bizi əhatə edən mif daha təhlükəlidir və daha dərin köklərə malikdir.

Bizim ən böyük mifimiz - iqtisadi artımdır; iqtisadiyyatın həmişə arta bilməsinə, Yer kürəsinin təbii resurslarından yarada biləcəyimiz sərvətə heç bir məhdudiyyət olmamasına inamdır. Ümumi daxili məhsulun (ÜDM) artımı ilə ölçülən artım – müxtəlif dünya ölkələri hökumətlərinin ağılında olan budur. Artımın statistikası bizim həyatımıza möhkəm girdi. Artım çiçiəklənməyə və iş yerlərinə bərabərdir. Artım inkişafa bərabərdir.

ÜDM 1940-cı illərin sonlarından,BMT-nin Statistika komissiyası tərəfindən hazırlanmış milli hesabların standart sistemi tətbiq edilməyə başlayandan sonra iqtisadiyyatın inkişafının ölçmək üçün alətə çevrilir. Bəşəriyyət tarixinin çox hissəsi boyunca iqtisadi artım xəyali kateqoriya kimi bir şey idi. Dayanıqlı artım ideyası ilə insanların yalnız son səkkiz nəsili(təxminən toplam olaraq 125 min nəsildən) tanışdır.

"ekoloji iqtisadiyyat"ın banisi German Deyli yazır: "Tarixi dayanıqlı vəziyyət normal vəziyyət hesab edilirdi; artım - normadan sapmadır.”

Dayanıqlı vəziyyət dedikdə Deyli istehsalın ilkin mərhələsindən başlayaraq istehlakın sonuncu mərhələsinə kimi təbii resurslardan maksimum aşağı istifadə zamanı daimi əhali iqtisadiyyatını nəzərdə tutur.

Cari dünya iqtisadi böhranı bizim iqtisadi artımdan asılılığımızı göstərir. İqtisadiyyat büdrəyəndə nə baş verir? Maliyyə bazarları dağılır, daşınmaz əmlak qiymətdən düşür, kompaniyalar bir-birinin ardınca müflis olur, işsizlik sürətlə artır, sosial patologiyalar çoxalır. Bu şəkildə, Keynçilik iqtisadi nəzəriyyəsinin dirçəlişi baş verir. Nasosu dövlət fondlarından milyardlarla doldurun. İnvestisiyaların, istehsalın və iş yerlərinin sayının artmasına gətirib çıxaracaq vergi azalmalarına və maliyyə stimullarına dua edin.

Amma dünya artıq həddən artıq çox şey istehsal edir, hansıların ki, böyük hissəsi lazımsızdır və ya tamamilə faydasızdır. Biz dünyanı istehlak mallarıyla zibilləməyə davam edirik, çünki bu inkişafı stimullaşdırır. Nə qədər ki, iqtisadiyyat böyüməyə davam edir,hər şey yaxşıdır. Artım istehsalın və istehlakın fasiləsiz dövrünü davam etdirərək iş yerlərini saxlamağa icazə verir, investisiyaları gəlirli edir. Məhsuldarlığın artması və sonsuz gəlir axtarışları varlığın əsas prosesinə çevrilir. Sonsuz gəlir yığımı və genişlənmə kapitalizmin əsasıdır.

Belə bir nümunə götürək: 1950-ci ildən 2000-ci ilədək olan vaxt ərzində dünya iqtisadiyyatı yeddi dəfədən çox böyüdü. Proqnozlara görə eyni artım 2050-ci ilə kimi də gözlənilir.

İnkişafın indiki tempi ilə iqtisadiyyatın böyüməsi hər 15 ildə ikiqat artmışdır. Təsirli rəqəmdir, xüsusilə 1950-ci ilə qədər insan sivilizasiyasının tarixi boyu dünya iqtisadiyyatının 6 trilyon dollar yığdığını təsəvvür etsək.

Amerika iqtisadçıları Fred Maqdoff və Con Ballami Fosterin qeyd etdiyi kimi: "Artımsız kapitalizm - oksumerondur. Artım dayanan kimi sistem böhran vəziyyətinə daxil olur". Nəticə : insanın həyatı asılı olduğu təbii mühitə indi insanların və digər varlıqların yaşadığı yer kimi baxılmır, iqtisadiyyatın genişlənməsi prosesində hazırlanmalı olan krallıq kimi baxılır.

Xoşagəlməz həqiqət ondan ibarətdir ki, təbii resurslar məhduddur. Biz artımın ekoloji sərhədlərinə yaxınlaşmırıq, biz artıq onun hüdudlarını çıxmışıq. Və artma prosesində biz planeti öz tullantılarımızla zibilləyirik və insanlğın və digər canlıların asılı olduğu ekosistemlər üçün təhlükə yaradırıq. Ekoloji pozuntular statistikası bütöv kitabxana təşkil edə bilər. Biz bərpa olunan və bərpa olunmayan resursları çox sürətlə sərf edirik.

2005-ci ildə "Minilliyin kəndarında ekosistemlərin qiymətləndirilməsi"də - BMT-nin himayəsi altında 10000-dən çox alimin birgə aparılmış işi – iqlimin nizama salınması,içməli su tsikli,tozlanma,balıq vətəgəsi və s. kimi ekosistemin 60% imkanının öz həyat qabiliyyətini itirməsi və ya lazım olmayan obrazda istifadə olunması haqda məlumatlar var.
İnsan fəaliyyəti Yer kürəsinin təbii funksiyalarına elə ağır təsir göstərir ki, planetin ekosistemlərinin insan fəaliyyətinə tab gətirməsi öz-özünə olan bir şey hesab edilə bilmir.

"Ekoloji iz" (Ecological Footprint) ekologiya cərəyanı bu nəticəni təsdiq edir. Ənənəvi iqtisadi elm ətraf mühitə iqtisadiyyatın tərkib hissəsi kimi baxmağa çalışır. Ecological Footprint konsepsiyasının müəllifləri insanın bizim tərəfimizdən sərf edilən resursların istehsalı və tullantıların saxlanması üçün lazım olan ərazi ölçüsünü hesablamağa imkan verən yaşam mühitinə təsir ölçüsünü qiymətləndirirlər.

Bir insanın həyatının saxlanılması üçün 1,8 hektar torpaq lazımdır. Zənginlərin dünyasında bu göstəricilər orta statistik göstəriciləri ötür: kanadalılar 8 hektar istifadə edirlər, amerikalılar - 10, orta statistik göstəricidən 5 dəfədə çox yuxarı . 1961-ci ildə insanlar Yer kürəsinin bioloji imkanlarının yarısını istifadə etdilər, amma 2006-cı ilə biz planetin imkanından 44 % artıq istifadə etməyə başladıq. Ekoloqlar bu fenomeni təkrar istehsal adlandırırlar. Bərpa olunan və bərpa olunmayan təbii resurslar mənbələrinin ehtiyatları tükəndiyindən, bu yolverilməz müvəqqəti vəziyyətdir. Vakernaqel yazdığı kimi, istehlakın saxlanılması üçün biz karbon 4-oksidin atmosferdə yığılmasına icazə verərək resursları məhv edirik.

Əsas gunahkar - neftdir. Mədən yanacağı növlərinin yandırılması, xüsusən neftin, qlobal iqtisadiyyatı irəli aparır. Neft - cəmlənmiş enerjinin qeyri-adi şah əsəridir: üç xörək qaşığı neftin enerji həcmini insanın səkkiz saatlıq əl əməyiylə müqayisə etmək olar. “Yaxınlaşan neft böhranı” (The Coming Oil Crisis) kitabının məllifi Kolin Kempbell dəqiq qeyd etmişdir ki, bu bizim hər birimizin əvəzsiz işləyən qul komandasına malik olmağımız kimi bir şeydir.

Napaleon Bonapart deyirdi ki, ordu qarında yürüş edir. Müasir dünya iqtisadiyyatı neftdə yürüş edir, amma bu iblislə sazişdir. Bu gün xərclər bonusları ötür. Misal üçün insanın günahı üzündən parnik qazları, hər şeydən əvvəl mədən yanacağının yanmasının zərərli məhsulu olan karbon-4 oksid təhükəsi ilə qarşılaşan iqlim sistemini götürək.Biz nə qədər çox neft və kömür yandırırıq, atmosferə bir o qədər çox karbon -4 oksid atılır, balansı bir o qədər daha çox pozuruq.

Aparıcı mütəxəssislərin-iqlimşünasların fikrincə, təhlükəli iqlim dəyişikliklərinin qarşısını almaq üçün, karbon qazının konsentrasiyası milyonda 350 hissəni ötməməlidir. CO2-nin cari konsentrasiyası - 390 m.h-dir, proqnozlara görə iyirmi birinci əsrin sonuna kimi konsentrasiya 650 m.h təşkil edəcək, bu isə artıq dünya temperaturunun Selsi şkalası üzrə 4 dərəcədə artımını bildirir. Bu rakursda aydın olur ki, bizim böyük problemlərimiz var. Afrikanın, Çinin, Hindistanın və Latın Amerikasının böyük hissəsi səhra və ya yarımsəhra olacaqlar. Siz "ekoloji qaçqınlar" terminini eşitmisiniz? Bu termini unutmayın, siz onu artıq tez-tez eşidəcəksiniz.

Hətta öz-özlüyündə artım effektiv deyil. Biz sadəlövhcəsinə bu problemi həll edəcəyimizə ümid edərək, planetdə sərvətlərin və gəlirlərin balanslaşdırılmamış bölgüsü haqqında söhbətlərdən çəkinirik. Belə ki, 20% varlı əhali resursların yaxşı hissəsinə sərf etdiyi halda, 80%-ə daxil olan ən kasıb hissə yerdə qalmış zərrəciklərlə kifayətlənməli olur. Artım sonrakı bərabərsizliyin bəraəti olur. Bununla belə, bir çox tədqiqatlar göstərir ki, istehlakın yüksək səviyyəsi əmin-amanlığa və xoşbəxtliyə aparmır. 1950-ci ildə ABŞ-da adambaşına düşən ÜDM göstəricisi üç dəfə artdı, amma 1970-ci illərdən özünü xoşbəxt hesab edən insan faizi əksinə olaraq azalır. Riçard Uilkinson və Keyt Pikket “Əmin-amanlığın səviyyəsi” (The Spirit Level) kitabında yazır ki, firavanlıq vətəndaşları daha xoşbəxt etmir. Müəlliflər nisbətən kasıb, sosial-bəzrabərsizlik nisbətən daha az olan ölkələrdə insanlar daha xoşbəxt yaşayırlar.
Biz iqtisadiyyatın inkişafını sosial bərabərlikdən daha üstün tuturuq və buna görə çox şey ödəyirik: yüksək istehlak və yığım sindromuna meyilli olan xəstə və bədbəxt insanlar planetin resurslarını məhv edir.

Azad bazarların aktiv tərəfdarları inanırlar ki, texnologiya və insan ixtiraçılığı problemləri həll etməyə icazə verəcək. Təkmilləşdirilmiş texnologiyalar minimum enerji,material sərf etməklə varlı olmağa imkan verəcək. Bu qaranlıqda çalınan fitdir. 1977 –ci ildən 2000-ci ilə qədər olan dövr ərzində varlı dövlətlər enerji səmərəliliyinin artırılması üzrə çox yüksək rəqəmlərə nail oldular. Ancaq bütün bu səylər istehlak artımı fonunda heç oldu. İqtisadi tədqiqatlar fondu (New Economics Foundaition) nəticəyə gəldi ki, karbon qazı tullantılarının səviyyəsini 2050-ci ilə kimi 350 m.h sabit saxlamaq üçün dünya iqtisadiyyatının istehsal vahidinə düşən CO2-nin miqdarı 95% azaldılmalıdır. Texnoloji effektivliyi artırmadan ÜDM-un böyüməsi ətraf mühitə böyük zərər vurur. Ancaq effektivliyin artırılması artımı aktivləşdirir, nə eyni nəticəyə gətirir.

Biz 150 il əvvəl Darvinin öz nəzəriyyəsinə qarşı qoyduğu mifdən daha cəlbedici mifin əsarətdəyik. Biz əbədi iqtisadi artım haqqında xəyallarla yaşayırıq. Bərabərsizlik atmağa davam etdiyi vaxt biz ərtaf mühitin dözə biləcəyindən çox sərf edərək və daha çox tullantı istehsal edərək şimal yarımkürəsində ekoloji imkanların hüdudlarını artıq bir neçə onillik əvvəl aşmışıq.

Proqnozlara görə yaxın 40 ildə planetin əhalisi 3 milyarda qədər arta bilər - bu 1950-ci ildə Yer kürəsində əhalisinin sayından çoxdur.

Ən böyük əhali artımı yoxsulluğun daha da çiçəkləndiyi, həyat şəraitinin insana dəhşətə gətirdiyi Cənub yarımkürəsində gözlənilir. Növbəti üç milyard insan necə sağ qalacaq? Ədalət tələb edir ki, biz böyük ölkələrdə iqtisadi artımı dayandıraq və onlar üçün lazım olan sahəni azad edək. Yer kürəsinin taleyi bundan asılı ola bilər.
Biz buna hazırıqmı?
İqtisadiyyat - insanın yaratdığıdır. Tanrının yaratdığı deyil. Biz onu yaratdıq, biz bu dəyişdirə bilərik.


Комментариев нет:

Отправить комментарий