4 июн. 2017 г.

"Əsl kapitalizm" haqda 2-ci hissə

Camelliya Forresti ləğəbli “əsl kapitalizm” carçısı belə bir şərh yazmışdı:

"Gənə yox yenə. Çürümüş söhbətləri kommunistlər eləyirlər, bu üzdən zibil kimi tarixin qaranlıq küncünə atılıblar. Siz kimsiz ki, hələ bir vaxt ayırıb sizin paylaşımı da oxuyum? Sosializm həmişə kapitalizmin arxasınca hürə-hürə gedir." 

Mən “yenə” əvəzinə “gənə” yazmışdım. Tez-tez elə yazıram, biz tərəflərdə “gənə” sözü istifadə edilir. Tələsik olur, bütün “xalq sözlərindən” istifadə edirəm, bura rəsmi mətbu orqanı deyil, bu haqda da bir neçə dəfə xəbərdarlıq eləmişəm ki, fikirlərin məzmunu vacibdir... Əsas odur ki, mən insanlara yalan danışmayım, səhv fikirlər aşılamayım, mövzuları düzgün işıqlandırım... Bu da guya məndə səhv tapıb... Mənim ən böyük qəbahətim elə “yenə” əvəzinə “gənə” işlətməyim olsun. Ona qalsa "gənə yox"la "yenə"nin arasında tire dayanmalıdır. Yanı belə qrammatika dəlisisənsə, öz yazına fikir ver.

Mən ona “bizdə əsl kapitalizm yoxdur” söhbətinin çoxdan çürüdüyünü demişdim. O da qayıdıb ki, kommunistlərin söhbətləri çürüyüb.

1990-larda, cəmiyyətin və iqtisadiyyatın tamamən darmadağın olduğu bir vaxtda hələ çox az adam əsl kapitalizm axtarırdı, çoxları inanırdılar ki, nə isə müvəqqəti çətinliklərdi, qısa bir müddətdən sonra Almaniyadakı kapitalizm gələcək. 2000-ci illərdə neftdən gələn dollar kütləsi Azərbaycan kapitalist elitasının yaradılmasına xidmət elədi. Və o illər SSRİ-nin dağılmasından sonra kapitalist, milyoner, ad-san, şöhrət, vəzifə sahibi olacaqlarına ümid edən, amma qulaqlarının dibini görən sağçılar və liberallar başladılar “Azərbaycanda əsl kapitalizm yoxdur” əfsanələrini yaymağa. Əsas səbəb isə artıq xalqdan “bəs kapitalizmə keçməli idik axı!, bəs keçid dövrü bitmədi?, bəs deyirdilər yollarımız qızıl örtükdən olacaq! bəs sovet həyatımız bundan min dəfə yaxşı imiş!” səsləri çıxmağa başladı. Və həmin bu müxalifətdə qalan, YAP burjua iqtidarından transfer təklifi almayan, yağlı süfrədən uzaq düşən qərbçi sağçılar və liberallar öz əməllərinin məsuliyyətini çəkməmək üçün uydurdular ki, “bəs bizdəki əsl kapitalizm deyil, əsl kapitalizm Almaniyadadır, bizdə hələ sovet hökuməti davam edir, iqtidarda olanlar da sovet adamlarıdır və kommunistlərdir...”

Bu bisavad yalan bir müddət dövriyyədə uğurla fırlandı, sadəlövh insanlar aldanmağa davam edirdilər. Biz olmasaydıq – hələ də davam edirdi. Bütün KİV-lər onların əlində, camaatın beynini rahatlıqla yuya bilirlər. Hətta bir yaşlı kommunist tanıyıram, deyirdi ki, “bizdəki əsl kapitalizm deyil”.... Ona dedim ki, bəs siz ali məktəbdə heç olmasa kapitalizmin tərifini öyrənməmisiz? Guya öyrənibmiş... Fəzail Ağamalı və onun kimi saxta kommunistlər marksizm-leninizm kafedrasının müdiri olanda, bax nəticəsi də belə olmalı idi: kommunist olan adam kapitalizmin tərifini bilmir, karyeristlər kommunist maskası taxıb, həyasızlıqla bütün vəzifələri tuturlar və yuxarıdan başlayırlar ölkəni dağıtmağa.

Nəysə...

Biz bu “əsl kapitalizm” söhbətini böyük əmək sərf edərək dağıtmağa başladıq. Elə bil ki, bir damla su dənizə qarşı gedir... Yavaş-yavaş, yavaş-yavaş insanlar ayılmağa başladı və bizim əməyimizin bu işdə rolu oldu. Həmin bu “Azərbaycanda əsl kapitalizm yoxdur” söhbətini xeyli çürütdük getdik. Bu səhifə yaranandan bu günə kimi də bu haqda burda dəfələrlə yazılıb. İndi şəxsən mənim anlamımda insan nə qədər bisavad, oxumayan, araşdırmayan, cahil olmalıdır ki, çoxdan çürüdülmüş psevdoarqumenti təzədən irəli sürür... Bununla da qalmır, mənasız söhbəti elə bir ədayla edirdi ki, sanki yeni, heç kimin bilmədiyi, indiyə kimi səsəlndirmədiyi nə isə bir fikir kəşf edib. Və iddia edir ki, kommunistlərin söhbətləri çürüyüb. Halbuki dünyanın bütün düşünə bilən, burjua xidmətçisi olmayan intellektualları insanlıq gələcəyini ancaq və ancaq sosializmlə və kommunizmlə bağlayır.

Bunların, dünən yaranan bu uşaq-muşağın beynini Elmir Mirozyev kimi bisavad liberal faşistlər yeyib. İllər öncə Elmir bəy fb-da yazmışdı ki, kapitalizm əvəzsizdir. Onda mən də cavab olaraq yazdım ki, quldarlıq dövründə Elmir bəy ağlında olan quldarlar və onların süfrəsinin qırım-qırtığını yeyən saray adamları da deyirdilər ki, quldarlıq əvəzsiz bir quruluşdur; feodalizm dövründə Elmir bəy ağılda olanlar zənn edirdilər ki, feodalizm əbədi quruluşdur. İndinin də ağıldan və savaddan kəm olanları iddia edirlər ki, kapitalizm əbədidir, sosializm isə çürük söhbətdir....

Adam Almaniya kapitalizmindən dəm vurur, deyir ki, kommunistlərin fikirlərini “zibil kimi tarixin qaranlıq küncünə atılıblar”, amma adi şeyləri bilmir... Zibil dediyi fikirləri elə Almaniyada, başqa qərb ölkələrində hələ bu gün müzakirə edirlər, danışırlar, aktuallığını qeyd edirlər... Hər dəfə böhran dərinləşəndə Marks aktuallaşır, Marksın haqlı olduğunu deyirlər, hətta kommunizmdən qorxan din xadimləri (katolik və protestant klisələrinin məhşur nümayəndələri) kommunizmi çıxış yolu kimi göstərirlər... Dünyanın bütün işıqlı zəkaları kapitalizmin çürüdüyünü və artıq dünəndə qaldığını dediyi halda adam gələcəyin fikirlərini çürümüş adlandırır.

Adamın danışıq tərzinə baxın: “Siz kimsiz ki, hələ bir vaxt ayırıb sizin paylaşımı da oxuyum?”

Mən onun bu “əsl kapitalizm Almaniyadadır” fikrinə bildirmişdim ki, bu çürümüş məsələyə dəfələrlə aydınlıq gətirmişəm, bir də yazıb avtomatik axşam paylaşımına qoyaram, axşam oxuyarsız... Cavabında mənə yazıb ... Siz kimsiniz.... Ay bala, ay uşaq, faktiki gəlib oxuyursan da.... Oxuyursan ki, şərh yazmısan... İndi mən hər kiməm... Sən gəlib oxumusan, şərh yazmısan... Mən də sənin şərhinə cavab yazdım, dedim ki, axşam oxu... Adam deyir ki, Azərbaycanda monarxiyadır, və guya bu özü Almaniya kapitalizminə layiq biridir, amma tonuna diqqət etsəz, tam bir monarx kimi danışır: “Siz kimsiz ki, hələ bir vaxt ayırıb sizin paylaşımı da oxuyum?”

Heç monarx bu qələti eləməz. Adamın eqosu şişib partlamaq üzrədir. Bu eqonun yiyəsinə iqtdar, dövlət gücü versən, İlham bəydən beş betər qəddarlıq edər...

Hələ gerisinə baxın: “Sosializm həmişə kapitalizmin arxasınca hürə-hürə gedir.”

İndi bu demək istəyir ki, “elə sən həmişə kapitalizmin arxasında hürəcəksən”, amma düzünə demir, dolayısıyla deyir: “sosializm həmişə...”

Bu da bunun qanacağı, qabiliyyəti... Bax ona görə illərdir yazıram, deyirəm, izah edirəm ki, hər bir mədəni görsənən, görsənmək istəyən liberalın içində bir faşist yatır. Bir balaca dingillədən kimi o faşistin qulağını göstərir...

Deməli biz öz fikirlərimizi dilə gətirə bilmərik. Deməli bunun əlində dövlətin gücünü versən həqiqətən də İlham bəydən beş betər asar-kəsər... Hələ bir utanmır, İlham bəyə monarx deyir...

Deməli, bunun bisavad, məntiqsiz söhbətləri bül-bül cəh-cəhidir, bizim elmi, əsaslı, dəmir arqumentli söhbətlərimiz it hürüşü...

Madam fikirlərini hürməklə anlatdı, mən də adekvat cavab verim. Həmin hürən itə bir tikə çörək verirsən, əlini yalayır. Amma bu gün dünyada istifadə edilən nə qədər hüquq varsa – 8 saatlıq iş günündən tutmuş qadın haqqlarına qədər – hamısı sosialistlərin və kommunistlərin on illər boyu apardıqları misilsiz mübarizə görə mümkün olub. Sosialistlər və kommunistlər vaxtilə kapitalizmə “hürməsəydilər” bu gün işçilər, fəhlələr hələ də 12-15 saat işləyirdi, özü də qəpik-quruşa. Bu gün Almaniyada işçilər normal yaşaya bilirlərsə, bu da bilavasitə sosialistlərin və kommunistlərin mübarizəsinə görə mümkün olub.

İlk dəfə sosialistlər və kommunistlər Leninin rəhbərliyi altında iqtidara gəldilər. Və dünyada ilk dəfə olaraq Lenin gil 8 saatlıq iş günü elan etdilər. Bu, işçilərin 12-15 saat işlədiyi dövrdə idi. Bu gün isə sosialistlər və kommunistlər 4-5 saatlıq iş günündən danışırlar. Stalin 1952-ci ildə 5 saatlıq iş gününə keçməyi planlaşdırırdı. Onun etmək istədiyini 70 il sonra Skandinaviyada sosialistlər edirlər, etmək istəyirlər. İsveçdə sosialisltərin idarə etdiyi bəzi şəhərlərdə 6 saatlıq iş gününə keçilmişdi. Sonra həmin şəhərin rəhbərliyi sağçılara keçdi və 6 saatlıq iş günü ləğv edildi. Amma gec ya tez sosialistlər və kommunistlər “hürə-hürə” 4-5 saatlıq iş gününə keçəcəklər, ya da onların mübarizəsinin nəticəsi olaraq başqaları məcburən bunu edəcək. İnsan nə qədər manqurt, nankor və cahil olmalıdır ki, sosialistlərin və kommunistlərin dünyaya verdiklərini görməsin, bilməsin, anlamasın. Və bu beyinsizliklə gəlir burda “söhbət xırdalayır”... Savadlı adamın eqosu şişəndə anlamaq olur... Manqurtun eqosunun şişməsi çox əcayib bir şeydir...
İndi biri düşünə bilər ki, bu bisavadı niyə ciddi qəbul edib bu qədər vaxt ayırdın... Ona ayırmadım. Yəqin ki, səhifəyə yeni gələnlər arasında hələ də əsl kapitalizm gözləyənlərə rast gələcəyik. Gələnlərə bu yazıları paylaşmaq üçün.

Şəkildə: hər şey, yanı bizim it kimi hürməyimiz, Paris kommunasından başlamışdı...

#Niyə #əsl #kapitalizm2


Akşin Sultanov

Комментариев нет:

Отправить комментарий